SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 2010-cu ildə Bakıda Azərbaycan və rus dillərində işıq üzü görmüş “Ömrümün illəri və izləri” adlı irihəcmli xatirələr kitabı bu günlərdə Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoy şəhərində nəfis şəkildə çap edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Vyetnamda akademik Xoşbəxt Yusifzadənin şəxsiyyətinə və ömür yoluna böyük maraq göstərirlər. Bu, təsadüfi deyil. Ötən əsrin 70-80-ci illərində Azərbaycan Sənaye İnstitutunun - indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakültəsində Dövlət İmtahan Komissiyasının sədri olarkən Vyetnamın gənc neft sənayesi üçün yüksək ixtisaslı kadrların hazırlanmasında Xoşbəxt Yusifzadənin böyük rolu olub.
Vyetnam Sosialist Respublikası qarşısında xidmətlərinə görə akademik ölkənin “Dostluq” ordeni ilə təltif olunub. Ona bu orden 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində təqdim edilib.
Baxış sayı: 1 828
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

