“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 yanvar 2024-cü il tarixinədək burada 425,3 mlrd. kubmetr qaz hasil olunub.
Energetika Nazirliyindən Fact-info.az-a verilən məlumata görə, hesabat dövründə AÇG-dən 216,3 mlrd. kubmetr, “Şahdəniz”dən isə 209 mlrd. kubmetr qaz hasil edilib.
“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 148,1 mlrd. kubmetri ixraca nəql edilib”, - məlumatda vurğulanır.
Ötən il üzrə təqdim edilmiş operativ məlumatlara əsasən, 2023-cü il ərzində respublikada 48,3 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 12,9 mlrd. kubmetri AÇG”, 26,2 mlrd. kubmetri “Şahdəniz”, 0,8 mlrd. kubmetri “Abşeron”, 8,4 mlrd.kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,%, yəni 1,5 mlrd.kubmetr artımla qaz hasil edilib.
“Hesabat dövründə xaricə qaz satışı 23,8 mlrd. kubmetr təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur. Avropaya 11,8 mlrd. kubmetr, Türkiyəyə 9,5 mlrd. kubmetr, Gürcüstana isə 2,5 mlrd. kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 mlrd.kubmetr qaz nəql olunub”, - məlumatda qeyd olunur.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
