FACT-INFO.AZ » İQTİSADİYYAT » Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işlərində əcnəbi şirkətlərin iştirakı müzakirə olunub
26-12-2023, 10:30 | İQTİSADİYYAT
Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işlərində əcnəbi şirkətlərin iştirakı müzakirə olunub

Azərbaycanın Malayziyada, eyni zamanda, Tailand Krallığında akkreditə olunmuş səfiri İrfan Davudovun Tailanda işgüzar səfər zamanı keçirilmiş görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı məsələləri müzakirə olunub.

Səfirlikdən  Fact-info.az-a bildiriblər ki, səfir İ. Davudov səfər çərçivəsində Tailand Krallığı Milli Assambleyasının sədri, Nümayəndələr Palatasının spikeri Van Muhamad Noor Matha, Tailand Senatının üzvü Suvat Chirapant, Baş nazirin müşaviri və Tailandın ticarət nümayəndəsi xanım Nalinee Taveesin, Xarici İşlər Nazirliyinin daimi katibi Sarun Chareonsuvan, Tailand İnvestisiya Şurasının baş katibi Narit Therdsteerasukdi, Tailand Mina Təmizləmə Mərkəzinin baş direktoru, general-mayor Sorravat Patamakom ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Tailand rəsmilərinə 44 günlük Vətən müharibəsində, həmçinin cari ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz əraziləri üzərində suverenliyini bərqərar etməsi, bunun nəticəsi kimi regionda yaranan yeni reallıqlar, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri, atdığı addımlar barədə məlumat verilib.

Səfər zamanı səfir “Wincoast Industrial Park” sənaye zonasını ziyarət edib, zonanın idarəetmə şurasının, eyni zamanda, günəş enerjisi istehsalı sahəsində ixtisaslaşmış “Solar Roof Top Project” şirkətinin rəhbəri Jak Chamikorn ilə də görüş keçirib. Görüşdə ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.




Baxış sayı: 45
Bir əsrin işığında türkologiya Bu gün, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30