Dekabrın 14-dən 18-dək Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə qış turizmi mövsümünün açılışı ilə bağlı Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Rusiya, Özbəkistan, Qazaxıstan və Belarusdan 90-a yaxın turizm sənayesi nümayəndəsi və blogerlər üçün “Şahdağ” Turizm Mərkəzinə tanışlıq səfəri təşkil edilib.
Dövlət Turizm Agentliyindən Fact-info.az-a bildirilib ki, səfər zamanı qonaqlara kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib.
Həmçinin onlar kompleksdə təklif olunan kvadrosikl, kanat yolları, “Alpine Coaster” attraksionu və digər xidmətlərlə tanış olublar.
Bundan əlavə, səyahət və turizm sektorunda əməkdaşlığın qurulması, həmçinin təcrübə mübadiləsinin aparılması məqsədilə dekabrın 18-də Bakıda 80 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.
Baxış sayı: 85
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
