Rəqabət Məcəlləsinin layihəsinə dəyişikliklər edilir.
Fact-info.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında müzakirə edilən dəyişikliyə əsasən, qanun layihəsinin 2024-cü il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Eyni zamanda 15.6-cı maddədə "müvafiq bazarın sərhədlərinin" ifadəsi "müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin" ifadəsi ilə əvəzlənməsi təmin olunur.
Həmçinin, rəqabət qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları dəqiqləşdirilir.
Layihəyə əsasən, nisbətən yüksək bazar gücü ilə bağlı qanun pozuntularına yol vermiş təsərrüfat subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin 5 faizinə qədər məbləğdə maliyyə sanksiyası tətbiq ediləcək.
Baxış sayı: 65
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
