FACT-INFO.AZ » İQTİSADİYYAT » İqtisadi münasibətlərin davamlılığı - sülhün əldə olunmasına töhfə
13-11-2023, 10:00 | İQTİSADİYYAT
İqtisadi münasibətlərin davamlılığı - sülhün əldə olunmasına töhfə

Müstəqilliyini əldə etdikdən sonra, xüsusilə 1993-cü ildən etibarən Azərbaycan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlərə imza atdı. İqtisadi müstəqilliyin tam təmin edilməsi məqsədilə çoxvektorlu iqtisadi siyasət, geniş iqtisadi və sosial proqramlar həyata keçirilməklə düzgün və mükəmməl idarəetmə modeli tətbiq edildi. Eyni zamanda, beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edən və əhalinin rifah halına birbaşa təsir göstərən proqram və layihələr iqtisadiyyatın davamlı inkişafı ilə bağlı prioritetə çevrildi.

Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında milli iqtisadiyyatın şaxələndirilməsi, ardıcıl və davamlı inkişafı, makroiqtisadi sabitliyin təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edən görülmüş əməli işlər çərçivəsində 200 milyard dolları qeyri-neft sektorunun payına düşməklə Azərbaycan iqtisadiyyatına ümumilikdə 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub, habelə beynəlxalq və regional təşkilatlarla, eyni zamanda, Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq maliyyə institutları ilə Azərbaycan Hökuməti arasında etimada və qarşılıqlı hörmətə əsaslanan iş münasibəti formalaşıb.

Bu gün Azərbaycan əldə etdiyi nailiyyətləri yüksək səviyyədə bütün beynəlxalq platformalarda nümayiş etdirir, eləcə də tərəfdaşlığa olan sadiqliyini və qarşılıqlı hörmətə, etimada əsaslanan əməkdaşlığı davam etdirərək, bir daha dünya siyasətinə davamlı iqtisadi inkişafa nail olmağın yollarını göstərir.

Fact-info.az-ın məlumatına görə,  bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

Onun sözlərinə görə, noyabrın 9-da Prezident İlham Əliyevin qardaş Özbəkistana rəsmi səfəri, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında iştirakı, daha sonra orada təşkilata üzv dövlətlərin başçıları ilə ECO-nun gələcək fəaliyyət istiqamətlərini müəyyən edən bir sıra ikitərəfli görüşlərinin baş tutması Azərbaycanın təşkilat üçün əhəmiyyətini ortaya qoydu, habelə enerji təhlükəsizliyi, regional inteqrasiya və sosial-iqtisadi inkişaf sahələrində üzərinə düşən gördüyü ardıcıl işlərin məntiqi nəticəsidir.

“Region ölkələrini özündə birləşdirən, çox böyük resurs və potensiala malik qurumlardan biri olan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində hər zaman fəal iştirak edib.

Qeyd edək ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılmışdır. 1992-ci ildə daha 7 dövlət təşkilatın üzvü olmuşdur (Hazırda Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan təşkilatın üzv dövlətləridir).

ECO-nun əsas məqsədi üzv ölkələrin və bütövlükdə bölgənin davamlı inkişafına töhfə verməkdən ibarətdir.

Azərbaycan Respublikası ECO Nazirlər Şurasının 1992-ci ilin 28 noyabr tarixində İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı təşkilata üzv olub. Azərbaycan ECO daxilində iqtisadiyyatın liberallaşdırılması proseslərində fəal iştirak edir. Belə ki, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə Azərbaycan tərəfindən 10 müxtəlif saziş imzalanıb. ECO-nun 9 və 12-ci Zirvə Toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda keçirilib, Bakı Bəyannamələri qəbul edilib”, - deyə deputat xatırladıb.

O bildirib ki, Daşkənddə keçirilən Zirvə Toplantısında Azərbaycanın əldə etdiyi Zəfərin üçüncü ildönümünün, o cümlədən cari ilin sentyabr ayında keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsinin üzv dövlətlər tərəfindən dəstəklənməsi, Prezident İlham Əliyevin etdiyi dərin və məzmunlu çıxışının iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanması xüsusi qürurverici məqamdır.

Azərbaycan Prezidenti Zirvə Toplantısındakı nitqində ölkəmizin malik olduğu iqtisadi potensialdan, regional inkişafa, həmçinin təşkilata üzv ölkələr arasında logistik əlaqələrin daha da möhkəmlənməsinə verilən töhfələrdən bəhs edərək, bərpa olunan enerji sektorunun inkişafı istiqamətində görülən işləri statistik rəqəmlərlə diqqətə çatdırdı.

Həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə son üç il ərzində 170 meqavat gücündə hidroelektrik stansiyaların istifadəyə verildiyi və yaxın gələcəkdə bu rəqəmin 500 meqavata çatacağı qeyd olundu.

Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın ECO-nun bir çox ölkələri üçün tranzit-nəqliyyat və logistika sahələrində etibarlı tərəfdaşa çevrildiyini bildirərək, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə ötürmə qabiliyyətinin genişləndirilməsi ilə bağlı milyardlarla ABŞ dolları həcmində yatırılan sərmayənin ECO məkanının nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi üçün nə dərəcədə faydalı olduğunu ortaya qoydu.

“Azərbaycan son illərdə Avrasiyanın əsas, etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi özünü sübut edib. Yalnız iki ölkəyə deyil, eyni zamanda, Cənubi Qafqaz regionuna sülh və rifah gətirərək beynəlxalq birliyin maraqlarına xidmət edəcək Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Bu gün Azərbaycanda istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə edilən bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl və dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir. Doğma Qarabağımızda gedən sürətli bərpa işləri Azərbaycan dövləti və xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bir daha bütün beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdədir”, - deyən Məzahir Əfəndiyev fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 100
Bir əsrin işığında türkologiya Bu gün, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30