FACT-INFO.AZ » İQTİSADİYYAT » Gənc İnformatika Müəllimlərinin I Forumu keçirilib
2-11-2023, 15:30 | İQTİSADİYYAT
Gənc İnformatika Müəllimlərinin I Forumu keçirilib

Noyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Gənc İnformatika Müəllimlərinin I Forumu keçirilib.

Universitetdən  Fact-info.az-a bildirilib ki, tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov son illərdə ölkənin təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini söyləyib. Rektor vurğulayıb ki, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir: “Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik göstəricilər və dil bilikləri ilə yanaşı, praktik bilik və bacarıqların, eyni zamanda, səriştənin IT biliklərinin vacibliyi ön plana çıxır”.

ADPU-da bununla bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edən rektor deyib ki, Elm və Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən icra olunan “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində nazirlik tərəfindən ADPU-da 160 kompüterdən ibarət yüksəksəviyyəli 5 laboratoriya yaradılıb: “İki ildir ki, universitetin müvafiq ixtisasda təhsil alan tələbələri təlimlərə cəlb olunur. “Twinninq” layihəsi çərçivəsində informatika müəllimliyi ixtisası üzrə tədris planının təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Universitetdə 2023/2024-cü tədris ilinin payız semestrində informatika müəllimliyi ixtisasında “Rəqəmsal bacarıqlar” fənni (IV kurs) və “Alqoritmika - Rəqəmsal bacarıqların inkişafı” təlimi çərçivəsində “Python proqramlaşdırma dili” kursu (V kurs) həyata keçirilir. ADPU-nun professor-müəllim heyəti “Moodle” platformasında öz kurslarını yaradıb. Universitetin STEAM Mərkəzi tərəfindən “STEAM metodikası və layihələrin qurulması” təlimi keçirilir, müəllim və tələbələr beynəlxalq texnoloji festivallarda uğurla iştirak edirlər. Elm və Təhsil Nazirliyi ilə “Certiport” şirkəti arasında əməkdaşlıq sahəsində ADPU-da təhsil alan tələbələr və əməkdaşlar üçün “Microsoft Sertifikatlı Təlimçi” imtahanı təşkil olunub”.

Professor C.Cəfərov diqqətə çatdırıb ki, Azərbaycanda həm ali təhsilin, həm də ümumi təhsilin səviyyəsinin müasir dünya trendlərinə uyğunlaşdırılmasında informatika müəllimlərinin üzərinə daha böyük yük düşür: “Gənclərdə informasiya texnologiyaları bacarıqlarının formalaşdırılması həm yüksək nəzəri biliyə, həm də praktik bacarıq və vərdişlərə tam səviyyədə yiyələnmiş informatika müəllimlərinin yetişdirilməsi nəticəsində mümkündür”.

Digər çıxış edənlər müasir dövrdə informatika üzrə dərslik, dərs vəsaitləri və praktik alətlərin vəziyyəti, informatika fənninin ali məktəblərə qəbul imtahanları proqramına daxil edilməsi ilə bağlı yaranan yeni situasiya, ali məktəblərdə informatika tədrisi və ümumən informasiya texnologiyaları bilik və bacarıqlarının inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

Forumda ali təhsil müəssisələrinin informatika müəllimliyi ixtisasında təhsil alan IV kurs tələbələri, məzunlar, eləcə də ümumtəhsil məktəblərinin nümayəndələri və gənc müəllimlər iştirak ediblər.




Baxış sayı: 115
Bir əsrin işığında türkologiya Bu gün, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30