“Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Cənubi Qafqazın inkişafında mühüm rol oynayır və regionun beynəlxalq bazarlara çıxışını təmin edir".
Fact-info.az xəbər verir ki, bunu “Report”a açıqlamasında tədqiqatçı, iqtisadçı Uluqbek Kamaletdinov deyib.
“Azərbaycandan keçərək İrana qədər uzanan Şimal-Cənub dəhlizi mühüm nəqliyyat arteriyasıdır. Buraya da Şərq-Qərb dəhlizi daxilidir. Şərq-Qərb dəhlizi Xəzər dənizini Gürcüstan vasitəsilə Qara dənizlə, Türkiyə ərazisindən Aralıq dənizi ilə birləşdirir. Bu isə Mərkəzi Asiya ölkərindən, Çindən Türkiyəyə və onun ərazisi ilə Avropaya yüklərin daşınması üçün imkanlar yaradır”, - o bildirib.
Onun sözlərinə görə, hər iki dəhliz Cənubi Qafqazın inkişafında mühüm rol oynayır, regiona beynəlxalq bazarlara çıxış imkanı verir və iqtisadi inkişafı təşviq edir: “Ümumiyyətlə, Cənubi Qafqaz regionunda bütün nəqliyyat kommunikasiyalarının, o cümlədən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin, həmçinin Zəngəzur dəhlizinin açılması bu regionda iqtisadi inkişafa, siyasi əlaqələrin möhkəmlənməsinə və sülhün bərqərar olmasına öz töhfəsini verəcək. Bu, qarşılıqlı faydalı ticarət və investisiyalar üçün yeni imkanlar açacaq, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığı gücləndirəcək”.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
