FACT-INFO.AZ » İQTİSADİYYAT » Səttar Möhbalıyev: “İğdır-Naxçıvan qaz kəmərinin Muxtar Respublikada sosial inkişafa da təsiri böyük olacaq”
27-09-2023, 09:55 | İQTİSADİYYAT
Səttar Möhbalıyev: “İğdır-Naxçıvan qaz kəmərinin Muxtar Respublikada sosial inkişafa da təsiri böyük olacaq”

Hər iki liderin istər regionda, istərsə də dünyada sülh və təhlükəsizliyə, sabitliyə verdikləri töhfənin misli yoxdur. Onlar həmçinin uzun illər uzaq düşmüş iki qardaş xalqı bir-birinə daha da yaxınlaşdırdılar, həmrəy etdilər. Əminliklə deyə bilərik ki, dünyada Azərbaycan və Türkiyə qədər yaxın, dost və qardaş ölkə yoxdur. Hər zaman qardaşlıq duyğularından çıxış edən ölkələrimiz dar gündə də, şad gündə də bir-birinin yanındadırlar. Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük zəfər yoluna çıxarkən Türkiyə dövlətinin və xalqının verdiyi mənəvi-siyasi dəstəyi biz heç vaxt unutmayacağıq. Cənab Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın yanındayıq” sözləri həm işğalçı dövlətə, həm də onun havadarların böyük psixoloji zərbə oldu.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Hər iki liderin həmçinin Türk dövlətlərinin yaxınlaşmasında, təşkilatlanmasında, Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsində, nüfuzunun və sıralarının artmasında xidmətləri böyükdür. Məhz onların siyasi bacarığı, təşəbbüskarlığı, qətiyyəti sayəsində Türk Dövlətləri Təşkilatı böyük perspektivlər vəd edən, dünya siyasətində mühüm rol oynayan real güc mərkəzlərindən birinə çevrilib. Bu gün Türk dövlətləri arasında coğrafi bağın bərpası üçün real zəmin yaranıb. Bu missiyanın müəllifi də bilavasitə Prezident İlham Əliyevdir. Zəngəzur dəhlizi açıldıqdan sonra Türk dövlətləri, o cümlədən Türkiyə ilə əlaqələrimiz daha da genişlənəcək və buna heç bir şübhəmiz yoxdur”, - Milli Məclisin deputatı deyib.
Onun sözlərinə görə, qardaş ölkələr arasında münasibətlərin dərinləşməsinə daha bir töhfə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də ölkəmizə səfəri oldu: “Səfər zamanı İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirildi və dövlət başçıları mərasimdə iştirak etdilər. Qurucu və yaradıcı xüsusiyyətlərə malik hər iki liderin təşəbbüsü ilə ərsəyə gələcək İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaza tələbatının tamamilə ödənməsinə vəsilə olacaq, sosial vəziyyətə müsbət təsir edəcək, Muxtar Respublikanın iqtisadi inkişafına təkan verəcək. İldə 730 milyon kubmetr ötürücülük qabiliyyətinə sahib kəmər vasitəsilə qaz nəqlini hətta gələcəkdə iki dəfədən çox artırmaq imkanı var. Səfər zamanı həmçinin qardaş ölkələr arasında Qars-Naxçıvan dəmir yolu layihəsi, Kahramanmaraş vilayətində tikinti işləri və bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsinə dair sənədlər imzalandı. Bütün bunlar bir daha göstərir ki, əlaqələrimiz bütün sahələri əhatə etməklə durmadan genişlənir”.

AHİK sədri əlavə edib ki, dünyada mürəkkəb proseslərin getdiyi bir məqamda qardaş və strateji müttəfiq ölkələrin dövlət başçılarının bir araya gəlməsi, məsləhətləşmələr aparması olduqca əhəmiyyətlidir: “İnanırıq ki, Prezident İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın budəfəki görüşü qardaş dövlətlərin həmrəyliyini möhkəmləndirəcək, əməkdaşlığını artıracaq”.




Baxış sayı: 127
Bir əsrin işığında türkologiya Bu gün, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30