FACT-INFO.AZ » İQTİSADİYYAT » Müharibə əlilləri və veteranlar üçün psixoloji-reabilitasiya kursları təşkil edilib
21-09-2023, 12:40 | İQTİSADİYYAT
Müharibə əlilləri və veteranlar üçün psixoloji-reabilitasiya kursları təşkil edilib

Layihənin rəhbəri Rasim Mirzəyev layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi-reablitasiya və sosial təminat hüquqlarını Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərməkdir.Çünki, xususi imtiyazlara malik olan müharibə əlillərinin çoxu müalicə olunmaları üçün hara və necə müraciət etmələrini bilmirlər.

Buna görədə həyata keçirilən, “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində müharibə əlillərinə və veteranlara sosial hüquqları və psixoloji-reabilitasiya sahəsində marifləndirilir, onların tibbi və sosial problemlərinin həllinə köməklik göstərilir.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov çıxış edərək bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarının qətiyyətli iradəsi ilə, Zəfər qələbəsini xalqımıza bağışlamış Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların yaranmış tibbi-sosial problemlərinə biganə qalmamalıyıq.

Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Bu səbəbdən də onlarda yeni-yeni xoşagəlməz xəstəliklər yaranaraq vaxtsız dünyalarını dəyişirlər.

Daha sonra müharibə əlillərinə və veteranlara maddi və mənəvi dəstək vermək məqsədi ilə psixoloji-reablitasiya kurslarında iştirak edən, Azərbaycan Silahlı Qüvvələrinin, Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik Hikmət Ağayev, “Modern İnkişaf və Ailə” İctimai birliyin sədri, Tibb Elmlər doktoru Zərifə Quliyeva, “Dünya Ana və Uşaqların İctimai birliyin sədri Dünyaxanım Əliyeva, “Zəfər Yolu” İctimai birliyin sədri Pərvanə Salaman qızı çıxış edərək, müharibə əlillərinə və veteranlara tibbi, psixoloji-reablitasiya problemləri ilə əlaqədar fikir və təkliflərini bildirərək, onların müalicə olunmalarında yaxından köməklik göstərəcəklərini bildirdilər.

Çıxış edənlər, öz çıxışlarının sonunda, layihə sayəsində, müharibə əlilləri və veteranları arasında psixoloji gərginliyi artmış insanlara köməklik göstərmək məqsədi ilə psixoloji-reablitasiya xidmətini və görülən işləri müsbət qiymətləndirdilər.

Daha sonra layihənin həkim psixoloqu İbrahim Əsədli tərəfindən psixoloji-reabilitasiya kurslarında iştirak edən müharibə əlillərinin və veteranların psixoloji-reablitasiya problemləri ilə əlaqədar onları maraqlandıran suallara, tibbi-psixoloji elmlər əsasında izahatla məlumat verilərək psixoloji-reablitasiya yardım xidməti kurslarını davam etdi.

Layihə çərçivəsində təşkil olunmuş 2 günlük psixoloji-reabilitasiya kurslarında, lahiyəyə müraciət etmiş psixoloji gərginliyi artmış 30 nəfər müharibə əlilləri və veteranları həkim psixoloq tərəfindən ayrı-ayrıca tibbi-psixoloji söhbət edilərək, intihar hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işləri apararaq, onlara cəmiyyətdə psixoloji və fiziki maneələrin minuma çatdırılması üçün tibbi məsləhətlər verilərək köməklik göstərildi.

Psixoloji-reabilitasiya kurslarında iştirak edən müharibə əlilləri və veteranlar onların tibbi və sosial problemlərinin həllinə köməklik göstərdiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kollektivinə öz təşəkkürlərini bildirdilər




Baxış sayı: 245
Bir əsrin işığında türkologiya Bu gün, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30