FACT-INFO.AZ » İQTİSADİYYAT » Səttar Möhbalıyev: “Azərbaycanın tranzit imkanları Mərkəzi Asiya ölkələri üçün faydalıdır”
16-09-2023, 12:05 | İQTİSADİYYAT
Səttar Möhbalıyev: “Azərbaycanın tranzit imkanları Mərkəzi Asiya ölkələri üçün faydalıdır”

Məhz onun hazırladığı Azərbaycanın inkişaf strategiyasını cənab İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, nəzərdə tutulan bütün hədəflərə nail olunub. Sözsüz ki, hər bir dövlətin gücü həm də onun iqtisadi potensialından irəli gəlir. Ölkəmizin iqtisadi qüdrəti göz qabağındadır, davamlı olaraq inkişaf edir, dünyada bu sahədə yaşanan böhranlardan dayanıqlı olduğu üçün təsirsiz ötüşür. Həmçinin Azərbaycanda möhkəm sabitliyin, əmin-amanlığın bərqərar olması, hərbi-siyasi gücünün günü-gündən artması, öz torpaqlarını işğaldan azad etməklə yeni reallıqlar yaratması, regionun inkişafına mühüm töhfələr verməsi ölkəmizin qlobal aləmdə nüfuzunu xeyli artırıb, mövqelərini yüksəldib, onu mövcud olduğu regionun liderinə çevirib. Dövlətimizin başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ərsəyə gələn nəhəng layihələr isə dünyaya meydan oxuyur, iştirakçı olan dövlətlərin iqtisadi inkişafına səbəb olur. Ölkəmizi dünya üçün əhəmiyyətli edən digər məqam isə onun etibarlı tərəfdaş statusu qazanmasıdır. Bu səbəbdəndir ki, əməkdaşlıq etdiyimiz bütün dövlətlər Azərbaycanla münasibətləri yüksək qiymətləndirirlər.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, hazırda Avropanın üzləşdiyi çətin enerji böhranından xilas olmasında önəmli rol oynayan Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafında, ticarət əlaqələrinin genişlənməsində vacib ölkə hesab olunur: "Odur ki, məhz bu zəmində xüsusən son illər həmin ölkələrlə münasibətlərdə əlaqələrimiz durmadan genişlənir. Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlər əhəmiyyətinə görə əməkdaşlığımıza strateji xarakter qatır. Prezident İlham Əliyevin  Tacikistanda keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması orada təmsil olunan ölkələrlə əlaqələrimizin qarşıdakı illərdə də bir çox sahələr üzrə inkişafı baxımdan xeyli önəm daşıyır. Burada diqqət çəkən məqam həm də o idi ki, Məşvərət görüşünə ilk dəfə regiondan kənarda yerləşən ölkə kimi Azərbaycan dəvət olundu. Təbii ki, bu, bir yandan ölkəmizin həm regionda, həm də beynəlxalq aləmdə genişlənən imkanları, sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi mühüm töhfələri ilə bağlıdırsa, digər tərəfdən bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin şəxsi nüfuzundan, qlobal təşəbbüslərinin səmərəliliyi və fikirlərinin əhəmiyyətindən irəli gəlir. Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı bir sıra məqamları qeyd etdi. Görürük ki, Mərkəzi Asiya ölkələri ilə ticarət sahəsində əlaqələrdə xeyli yüksəliş var. Ötən il ticarət dövriyyəsində müşahidə olunan 3 dəfədən çox artım kifayət qədər yüksək göstəricidir. Bildiyimiz kimi, Azərbaycan əlverişli coğrafi mövqeyə sahibdir, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin üzərində yerləşir, logistik imkanları genişdir, həmçinin tranzit yük daşımalarının səmərəli təşkilinə və etibarlı təminatına tam zəmanət verir. Prezidentimiz Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturunun onlar üçün açıq olduğunu bəyan etdi. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona, Bakı Ticarət Limanının imkanlarının 25 milyon tona qədər artırılması hədəflənir. Bütün bunlar, sözsüz ki, orta asiyalı qardaşlarımız üçün böyük imkanlar deməkdir.

AHİK sədri əlavə edib ki, ümumilikdə Prezident İlham Əliyevin Tacikistana səfəri, Məşvərət görüşündə iştirakı qardaş ölkələrlə mövcud olan qarşılıqlı faydalı əməkdaşlığımızda yeni səhifələr açacaq, münasibətlərimizi genişləndirəcək, eləcə də dövlətimizin beynəlxalq nüfuzunu yüksəldəcək.




Baxış sayı: 213
Bir əsrin işığında türkologiya Bu gün, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30