FACT-INFO.AZ » CƏMİYYƏT » Dənizlidə Azərbaycan-Qarabağ parkı salındı
7-11-2016, 08:50 | CƏMİYYƏT
Dənizlidə Azərbaycan-Qarabağ parkı salındı

Türkiyənin Dənizli şəhərində Azərbaycan-Qarabağ parkı salınıb, Xocalı soyqırımına memorial abidə qoyulub.

Milli Məclisin deputatı Qənirə Paşayeva bununla əlaqədar Dənizli şəhər bələdiyyə sədrinin dəvətilə 4-5 noyabr tarixlərində Dənizlidə olub.

Park və abidənin açılışı noyabrın 4-də, saat 14:30-da gerçəkləşdirilib.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, Azərbaycanın İstanbuldakı baş konsuluYadulla Paşayev, Dənizli valisinin köməkçisi Əli Şanlıalp, Dənizli Şəhər Bələdiyyəsinin sədri Osman Zolan, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Q.Pşayeva çıxışında Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal edildiyi, bir milyondan çox insanın qaçqın və məcbur köçkün kimi öz yurdundan didərgin düşdüyünü dilə gətirib.

Millət vəkili qeyd edib ki, türk birliyini istəməyən Avropa dövlətlərinin oyununu pozmalı, daha da sıx əlaqələr qurmalıyıq.

O, həmçinin əlavə edib ki, Türkiyə Türk İslam dünyasının qalasıdır, yıxılmamalı, bölünməməlidir.

Q.Paşayeva “bu park, abidə dostlara və düşmənlərə mesajdır” – deyə bildirib.

Millət vəkili O.Zolana təşəkkür etməyi də unutmayıb.

Açılışda iştirak edən tələbələrə xitab edən Q.Paşayeva gənclərin türk millətini, türk dövlətlərini yaxşı tanımalarının gərəkliliyinə diqqət çəkib.

Daha sonra digər rəsmilər iki ölkə arasındakı əlaqələrdən bəhs edib, bu atılan addımı yüksək qiymətləndiriblər.

Tədbirin sonunda Azərbaycanlı şair Xəyal Rza “Biz türkük” şeirini oxuyub.

Səfər zamanı millət vəkili tələbələrlə görüşüb, Sənət Mərkəzində konfransda iştirak edib, Müxbir Qazilər Dərnəyi, Jurnalistlər və Şəhid Ailələri dərnəklərini ziyarət edib.

Q.Paşayeva və X.Rza bütün bunlarla yanaşı, şair Bayhəddin Qaraqoçun fəxri qonaq olaraq qatıldığı Beynəlxalq 2-ci Yaren Şairlər Mərasiminə dəvət olunublar.

4 və 5 noyabr, saat 20:00-da Pamukkala Universitetinin Konqres Mədəniyyət Mərkəzində gerçəkləşdirilən tədbirdə Türkiyə, eləcə də türk dövlətləri və topluluqlarından 21 şair qatılıb.

Mərasimin ilk günündə xanım siyasətçi yeni yazdığı “Kərkük”, noyabrın 5-də “Türkiyə”, X.Rza isə “Bozqurd” adlı şeirini oxuyublar.

Təbrizli sənətçi Yanar Sönməz isə saz çalaraq Qarabağın Azərbaycan məxsusluğunu  ifadə edən qoşmalarını oxuyub.

Səfərin son günü Sənət Mərkəzində “Türk dünyası əlaqələri” mövzusunda mühazirə deyən Q.Paşayeva Türkiyə ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdilrilməsinin vacibliyini vurğulayıb, bu işdə  gənclərin iştirakının önəmini nəzərə çatdırıb.

O qeyd edib ki, Avropa ölkələrindən kömək gözləməyə dəyməz: “Hər türk səhər evindən çıxanda “bu gün türk milləti üçün nə etməliyəm?”, - deyə düşünməli, günün sonunda isə “bu gün türk milləti üçün nə etdim, kimlərə türk millətindən danışdım?” - deyərək özünə hesabat verməlidir.

Əlavə məlumat üçün qeyd edək ki, Türk Təhsil Vəqfi Anadolu Liseyi və Lütfi Ege Anadolu Liseyi tələbələri Xocalı soyqırımının 25-ci il dönümü ilə əlaqədar bir araya gələrək “Xocalı Çalışma Qrupu” təşkil edib, Xocalı Soyqırımı Memorialı hazırlamaq üçün 81 şəhərin bələdiyyə sədrinə məktub yazıblar. Dənizli Şəhər Bələdiyyəsinə də eyni istəklə müraciət edərək, “Ermənilər Xocalının əhalisini türk olduqları üçün öldürdülər. Bu, sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının və insanlığın ortaq faciəsidir. Milli birlik və bərabərliyimizin təşkilində önəmli yer tutan ortaq faciələrimizi unutdurmamalıyıq” – deyiblər. Qurum tələbələrin bu xahişini müsbət qarşılayaraq şəhərin Qarahəsənli məhəlləsində Azərbaycan-Qarabağ parkı saldırıb. Parkda həmçinin Xocalı Soyqırımı Memorial abidəsi ucaldılıb. (525.az)

 

 

 

 




Baxış sayı: 1 857
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30