Bunu turizm mütəxəssisi Tural Ələsgərov deyib.(trend)
Onun fikrincə, buna səbəb bir müddət əvvəl Bakıda keçirilən Avropa Oyunları olub. Şirkətlərin turizm sektorundakı artımı artıq fevral ayından hiss etməyə başladığını deyən mütəxəssis qeyd edib ki, gələnlər Bakı ilə yanaşı, bölgələrimizdəki tarixi abidələrlə də maraqlanırlar: “Avropa Oyunları ərəfəsində Azərbaycana gələnlərin sayında xeyli artım müşahidə olundu. Təbii ki, sırf turistlərdən danışıram. Həmin vaxtı turistlər daha çox Avropa ölkələrindən gəlirdilərsə, hazırda Azərbaycana daha çox Asiya və Çindən gəlirlər. Bununla yanaşı, Türkiyə və Gürcüstandan da gələnlər az deyil”.
Azərbaycandan xarici ölkələrə də turist axınının artdığını bildirən T.Ələsgərov hesab edir ki, insanlar onlara sərfəli olan tur-paketlərə üstünlük verirlər. Mütəxəssisin sözlərinə görə, xaricə getməyə imkanı olmayanlar isə daxili tur-paketlərdən istifadə edir: “Azərbaycanda istirahət edənlər həftə sonu şimal bölgəsinə, ara günlər isə həm şimal, həm də şimal-qərb bölgəsinə üz tuturlar. Bu sırada Qəbələ ilk pillədədir. Sonra İsmayıllı, Qax, Şəki bölgəsi gəlir. Cənub zonasında isə Masallı rayonuna gedən turistlərin sayının artımı hiss olunur”.
Baxış sayı: 2 068
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

