Ermənistanla da münasibətlərimizin normallaşması üçün səy göstərdik, İsveçrədə razılaşma imzalandı, lakin uğurlu olmadı".
APA-nın Avropa müxbiri xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan MM-in üzvü Qənirə Paşayevanın sualına cavabında deyib.
Nazir bildirib ki, Minsk qrupunun, həmçinin Rusiyanın da bu münaqişənin həlli ilə bağlı səyləri var.
"Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən, xüsusilə 5 rayondan çıxarılması məsələsi son vaxtlar gündəmdədir. Rusiya bu səylərini bizimlə paylaşdı, biz də dəstəyimizi ifadə etdik. Biz Azərbaycanın maraqlarında olan istənilən nizamlanmanı dəstəkləyirik. Ermənistanla münasibətlərimizin də düzəlməsini istəyirik. Niyə bu işğal davam etməlidir?", - deyə o bildirib.
M. Çavuşoğlu Minsk qrupunun da bu istiqamətdə səylərini artırmalı olduğunu vurğulayıb.
Baxış sayı: 1 716
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

