FACT-INFO.AZ » CƏMİYYƏT » ABŞ Dövlət Departamenti dövlət katibi Kerrinin Dağlıq Qarabağ münaqişəsi barədə şərhlərinə aydınlıq gətirib
4-10-2016, 09:50 | CƏMİYYƏT
ABŞ Dövlət Departamenti dövlət katibi Kerrinin Dağlıq Qarabağ münaqişəsi barədə şərhlərinə aydınlıq gətirib

ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Atlantik və Aspen İnstitutunda dünyanın müxtəlif yerlərində münaqişələri müzakirə edərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də xatırladıb. O deyib ki, hazırda Dağlıq Qarabağ ətrafında Azərbaycan ilə Ermənistan arasında münaqişənin həll edilməsi üçün şərait yetişməyib, çünki “liderlər buna hazır deyil”.

Oktyabrın 3-də ABŞ Dövlət Departamentinin press-brifinqində AZƏRTAC-ın xüsusi müxbiri Yusif Babanlı Dövlət Departamentinin nümayəndəsi Elizabet Trudodan dövlət katibinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə şərhlərinə açıqlama verməsini xahiş edib. O qeyd edib ki, bu ilin mart ayında Con Kerrinin verdiyi bəyanatda ABŞ hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Vurğulayıb ki, ABŞ-ın mövqeyi ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədri Ceyms Uorlikin çıxışında (2014-cü il mayın 7-si) yer alıb. Bu çıxışda qeyd olunub ki, münaqişənin nizama salınması üçün Ermənistan ordusu keçmiş Dağlıq Qarabağın işğal edilmiş ətraf rayonlardan çıxarılmalı, məcburi köçkünlərin öz yerlərinə qayıtmaları üçün şərait yaradılmalı, Dağlıq Qarabağa müvəqqəti status verilməli və bundan sonra gələcəkdə regionun statusu müəyyən edilməlidir. Çünki Azərbaycanın mövqeyi yuxarıda qeyd edilənlərlə ziddiyyət təşkil etmir, ABŞ-ın mövqeyi və Minsk prosesi ilə üst-üstə düşür, Ermənistan isə öz ordusunu işğal edilmiş ərazilərdən çıxarmaqdan imtina edir, - deyə o, ABŞ xarici siyasət idarəsinin bəyanatına aydınlıq gətirilməsini xahiş edib.

E.Trudo öz cavabında qeyd edib ki, o, dövlət katibinin sözlərini təhlil edə bilməz, lakin bir daha bəyan edir ki, ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara əsaslanan münaqişənin nizama salınması prosesini dəstəkləyir. Dövlət Departamentinin nümayəndəsi vurğulayıb: “Biz tərəflərlə fəal işləməyi davam etdiririk, çünki ATƏT-in Minsk qrupunun həmsədriyik”. O deyib ki, münaqişə üzrə uzunmüddətli mövqe, Minsk qrupunun həmsədri kimi, Helsinki Yekun Aktının güc tətbiq etməmək, ərazi bütövlüyünü və öz müqəddəratını təyin etmə kimi prinsiplərini əhatə edən beynəlxalq hüquqa əsaslanır.

E.Trudo dövlət katibinin bəyanatına dair qeyd edib ki, sülhə görə məsuliyyət hər iki dövlətin liderlərinin üzərinə düşür və münaqişənin nizama salınması yollarının axtarışında ölkə rəhbərlərinin cəhd göstərmələrinin vacibliyini bir daha vurğulayıb.

Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Müharibənin gedişində Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində oyuncaq rejimi yaradılıb. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində aparılır.

 

 

 

 




Baxış sayı: 1 808
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30