APA-nın məlumatlna görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Azərbaycan haqqında söylədiyi fikirləri şərh edərkən deyib.
H. Hacıyev bildirib ki, demokratiya, insan hüquqları və tolerantlıq Ermənistan rəsmilərinin danışa biləcəyi ən sonuncu mövzudur, o ki qaldı digər dövlətlər barəsində şərh verilsin.
"Ermənistanın hərbi xuntasının yürütdüyü uğursuz daxili və xarici siyasətin, o cümlədən Azərbaycana qarşı təcavüzün nəticəsidir ki, Ermənistan bu gün tam iflas həddinə çatıb. Əhalisinin 50 faizdən artığı ifrat yoxsulluq şəraitində olan, xarici borcu ümum daxili məhsulu bir neçə dəfə üstələyən, demoqrafik böhran şəraitində olan Ermənistan tarixi reallıqdan məhrum “mifik soyqırımı” digər ölkələrin parlamentlərində deyil, əsl faciəni Ermənistanın “njdexeizm” adlı faşist ideologiyasına xidmət edən hərbi diktatura rejiminin əməllərində axtarmalıdır", - deyə H. Hacıyevin açıqlamasında bildirilir.
Baxış sayı: 2 089
Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See
Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan

