FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycan Qazaxıstana neft tranziti ilə bağlı digər marşrutlar da təklif edir
11-04-2023, 12:20 | İQTİSADİYYAT
Azərbaycan Qazaxıstana neft tranziti ilə bağlı digər marşrutlar da təklif edir

Fact-info.az   “Kazinform”a istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş nazirin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin bu ilin aprelində Azərbaycan ərazisindən neft ixracı planları ilə bölüşərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin təkliflərindən biri də Bakı-Supsa neft boru kəməridir: “Hazırda biz neft kəmərinin texniki xüsusiyyətlərini hesablayırıq. Böyük həcm də dəmir yolu ilə Batumi və Poti limanlarına daşınır. Hazırda araşdırdığımız ən mühüm məsələ Qazaxıstan və Azərbaycan tərəfdən nəqletmədə yaranan nöqsanların aradan qaldırılması üçün yol xəritəsidir”.

S.Jumanqarin xatırladıb ki, Qazaxıstan və Azərbaycan arasında 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,5 milyon ton neftin nəqlinə dair razılıq əldə olunub: “Martda artıq bu prosesə başlanılıb. 20 min ton həcmində olan iki tanker göndərilib. Aprel ayında isə 125 min ton neft nəql ediləcək”.

Xatırladaq ki, Azərbaycan neftini dünya bazarlarına nəql edən boru xətlərindən biri də Qərb İxrac Boru Kəməridir (QİBK). QİBK-ni Bakı-Supsa kəməri də adlandırırlar. Belə ki, kəmər başlanğıcını Səngəçal terminalından götürüb, Gürcüstanın Supsa terminalına qədər uzanır. Bu kəmər "Əsrin müqaviləsi" imzalanandan sonra Azərbaycanın qısa müddətdə yaratdığı neft ixracı sisteminin ayrılmaz bir hissəsidir.

QİBK ilə Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstan üzərindən dünya bazarlarına nəqli həyata keçirilir. Kəmər vasitəsilə xam neft Qara dəniz sahilinə nəql edilərək Supsa terminalında tankerlərə yüklənir və Bosfor boğazından keçməklə Avropa bazarlarına daşınır.

Kəmərin tikintisinə Azərbaycan və Gürcüstan arasında 1996-cı ilin martında imzalanmış Hökumətlərarası Sazişdən sonra başlanılıb. İnşaat işləri 1998-ci ilin noyabrında başa çatıb. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib. Aprelin 17-də isə kəmərin rəsmi açılış mərasimi keçirilib.

Kəmərin ümumi uzunluğu 829,6 km-dir. Onun 456,4 km-i Azərbaycandan, 373,2 km-i isə Gürcüstan ərazisindən keçir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 min bareldən 1 milyon barrelə qədərdir. Kəmərin ötürmə qabiliyyəti gündə 90 min bareldir (maksimum 106 min barel/gün).

Bu qaz kəməri "Azəri-Çıraq-Günəşli" (AÇG) konsorsiumuna aid olduğu üçün səhmdarları AÇG ilə eynidir:

Bakı-Supsa boru kəmərində BP (30,37 %), SOCAR (25 %), "MOL Group" (9,57 %), INPEX (9,31 %), "Equinor" (7,27 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,31 %) pay sahibidir.




Baxış sayı: 214
Bir əsrin işığında türkologiya Bu gün, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30