Fact-info.az "APA-Economics"ə istinadən xəbər verir ki, Bankın hesabatında bildirilib ki, qeyri neft-qaz sektorunda artım iki illik sürətli artımdan sonra "COVID-19" pandemiyasından əvvəlki artım dinamikasına yaxınlaşıb və artımın 5,2 faizə qədər azalacağı gözlənilir.
Dünya Bankı qeyd edib ki, qeyri-neft sektorunda artım əsasən yenidənqurma işləri ilə bağlı xidmətlər və tikinti ilə bağlı olacaq. Bu da güclü dövlət sərmayəsinin xidmət və tikinti sektoruna yönəldilməsi ilə bağlıdır. "Ortamüddətli perspektivdə struktur islahatlarının aparılmaması şəraitində artımın orta hesabla 2,5 faiz olacağı gözlənilir"- deyə Dünya Bankı əlavə edib.
Bank həmçinin, kənd təsərrüfatı üzrə artımın real ÜDM-də payının 2023-cü il üzrə 3,2%, 2024 və 2025-ci illər üzrə 3,0% proqnozlaşdırdığını açıqlayıb. Qeyd edək ki, ötən il üzrə bu rəqəm 3,4% təşkil edib.
Azərbaycanda sənaye üzrə artım bu il 0,5%, 2024-cü ildə 1%, 2025-ci il üzrə 1,2% müəyyən edilib. Xidmət sektoru üzrə artım 2023-cü ildə 4,7%, 2024-cü ildə 4,5%, 2025-ci ildə isə 4,6% gözlənilir
Baxış sayı: 239
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

