FACT-INFO.AZ » İQTİSADİYYAT » Əcnəbi media Qarabağda aparılan bərpa-quruculuq işlərindən yazıb
1-04-2023, 14:35 | İQTİSADİYYAT
Əcnəbi media Qarabağda aparılan bərpa-quruculuq işlərindən yazıb

Fact-info.az xəbər verir ki, müəllifi bu yaxınlarda Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq məqsədilə Azərbaycana, o cümlədən xarici media nümayəndələri ilə birlikdə Qarabağa səfər edən pakistanlı jurnalist Hilal Əhməd olan məqalədə ölkəmizin Hərəkata uğurlu sədrliyindən, təsisatın inkişafına verdiyi töhfələrdən, İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbədən, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən söz açılır. Jurnalist, həmçinin Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın regional və beynəlxalq səviyyədə qazandığı nailiyyətlərdən, o cümlədən ölkənin iqtisadi rifahı və dayanıqlı inkişafından bəhs edir.

Yazıda bildirilir ki, 2011-ci ildə dünyada ikinci ən böyük təşkilat sayılan Qoşulmama Hərəkatına daimi üzv seçilən Azərbaycanın 2019-2022-ci illərdə təsisata sədrliyi dünya ölkələri tərəfindən yekdilliklə dəstəklənib. Prezident İlham Əliyevin müdrik liderliyi sayəsində Azərbaycan həm ölkə, həm də beynəlxalq səviyyədə çox böyük uğurlar qazanıb.

Qeyd edilir ki, Azərbaycan xalqı və Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində ölkənin müasir tarixinin ən şanlı səhifəsini yazaraq parlaq Qələbə qazanıb, Ermənistanı məğlub edib və işğala son qoyub.

Həmçinin bildirilir ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə qlobal səviyyədə sürətlə inkişaf edən ölkələr sırasındadır.

Yazıda vurğulanır ki, mühüm coğrafi mövqeyə malik Azərbaycan sosial və iqtisadi cəhətdən inkişaf edən ölkədir. Bu ölkə beynəlxalq siyasi mərkəzə və mühüm turizm məkanına çevrilməkdədir.

Məqalədə bu il Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünə də toxunulur, tədbirin üzv ölkələrin postpandemiya dövründə bir araya gələrək qarşıda duran çağırışları müzakirə etmələri baxımından mühüm platforma rolunu oynadığı qeyd olunur. Diqqətə çatdırılır ki, Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Hərəkatın pandemiyaya qarşı mübarizəyə verdiyi töhfələrdən, xüsusilə pandemiya ilə mübarizədə üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün məlumat bazasının hazırlanmasının vacibliyindən danışıb.

Hilal Əhməd Zirvə görüşündən sonra bir qrup xarici jurnalistlə birlikdə azad edilmiş ərazilərə səfərindən də bəhs edib. Bildirib ki, onlar Ağdam, Füzuli rayonlarında, Şuşa şəhərində və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş vandalizm aktlarını, həmçinin Azərbaycan hökuməti tərəfindən aparılan bərpa-quruculuq işlərinin şahidi olublar. Onlar ekoaksiyanın keçirildiyi əraziyə gələrək, avtomobillərin oradan sərbəst keçidini də izləyiblər.

Qeyd olunub ki, xarici jurnalistlər, həmçinin Gəncədə törədilən terror hadisəsinin baş verdiyi ərazini ziyarət ediblər.

Jurnalist yazıda Azərbaycan-Pakistan münasibətlərinə də toxunub. Bildirib ki, Pakistan 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub.

Sonda vurğulanıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başladıqdan sonra hərəkatın fəaliyyəti daha da aktivləşib. Azərbaycanın Qoşulmama Hərəkatını gücləndirmək və onu fəal beynəlxalq foruma çevirmək səyləri göz qabağındadır. Son illərdə yüksək iqtisadi artıma nail olan Azərbaycan qlobal səviyyədə öz müsbət rolunu fəal şəkildə oynamaqdadır.




Baxış sayı: 213
Bir əsrin işığında türkologiya Bu gün, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30