FACT-INFO.AZ » CƏMİYYƏT » Böyük dəstək
27-03-2023, 10:15 | CƏMİYYƏT
Böyük dəstək

Sonrakı dövrlərdə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev bir neçə dəfə Almaniyaya rəsmi səfərlər etmişlər. Almaniya Federativ Respublikasının dövlət və hökumət rəsmiləri də Azərbaycana səfərlər etmiş, iki ölkə arasında əməkdaşlıq daha da inkişaf etdirilmişdir.

Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı birgə mübarizə sahələrində əməkdaşlıq haqqında sənədlər imzalanmışdır.

2018-ci ildə Azərbaycana səfər etmiş Almaniyanın Federal Kansleri Angela Merkerin "Azərbaycan regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır" deməsi sıx iqtisadi əlaqələrin mövcudluğundan xəbər verir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya ixrac edilməsini və ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu Almaniya çox yüksək qiymətləndirir.

Prezident İlham Əliyev 13 mart tarixində Almaniya Federativ Respublikasına səfər etmiş və səfər çərçivəsində Almaniyanın ən böyük və aparıcı şirkətlərinin rəhbərləri ilə görüş keçirmişdir. Görüşdə ölkə başçımız Azərbaycan dövlətinin müstəqil iqtisadi siyasət yürütməsi, ölkəmizin beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq etməsi, eləcə də xarici investorların Azərbaycanda fəaliyyət göstərmələri üçün onlara bütün imkanların yaradılması barədə çıxış etdi və şirkət rəhbərlərinin suallarını cavablandırdı.

Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatlar nəticəsində ölkəmizdə neft-qaz sektoru ilə yanaşı qeyri neft-qaz sahəsi də sürətlə inkişaf etdirilir. Təsadüfi deyil ki, ölkəmizdə ÜDM əksər hissəsi qeyri-neft sektorunun payına düşür. Son 20 ildə iqtisadiyyatımızın 3 dəfədən çox artması, ölkəmizin xarici borcunun ümumdaxili məhsulun 10 faizindən az olması Azərbaycan iqtisadiyyatının dünyada ən dayanıqlı, sürətlə inkişaf edən ölkələrdən öndə olmasından xəbər verir.

Bu gün bir çox Avropa dövlətləri, eləcə də Aİ Azərbaycanı etibarlı tərəfdaş dövlət adlandırır.

Avropanın enerjiyə olan tələbatının artdığını və Aİ nın tərəfdaşlıq haqqında təkliflərini və müraciətlərini nəzərə alaraq Azərbaycandan Avropaya TAP və TANAP boru xətləri vasitəsilə nəql olunan təbii qazın həcmi 2 dəfə artırılacaq. Bu bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinə böyük dəstək verəcək.

Bu gün Avropa Azərbaycanın nəqliyyat infrastrukturuna da böyük maraq göstərir. Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda nəqliyyat-loqistika sahəsi yenilənib və genişləndirilib. Tranzit ölkə olaraq Azərbaycan ərazisindən keçən yükdaşımaların həcmi hər il artmaqdadır. Azərbaycanda dəniz limanları və dəmir yol infrastrukturlarının genişləndirilməsi işinə Almaniya şirkətləri böyük maraq göstərir və Azərbaycan dövləti də bu şirkətlərlə əməkdaşlığı müsbət qiymətləndirir.

Ölkə başçımız alman şirkətlərinə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin yaşıl enerji zonası elan edilməsi barədə də məlumat verdi. Son dövrlər Azərbaycanda bərpaolunan enerji istehsalı sahəsində çox böyük layihələr həyata keçirilib və bu işlər davam etdirilir. Yaxın zamanda Azərbaycandan Avropaya elektrik enerjisi də ixrac ediləcək.

Görüşdə alman şirkətlərinin rəhbərləri Azərbaycanda fəaliyyət göstərmələrindən şad olduqlarını, fəaliyyətlərini genişləndirməyə maraq göstərdiklərini bildirdilər. Prezident İlham Əliyevlə keçirilən bu səmimi, açıq söhbətlər və müzakirələrdən sonra Azərbaycana sərmayə qoyan alman şirkətlərinin sayı artacaq.

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor




Baxış sayı: 255
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30