FACT-INFO.AZ » İQTİSADİYYAT » Qarabağda avtomat meteoroloji stansiyalar istismara veriləcək
23-03-2023, 12:45 | İQTİSADİYYAT
Qarabağda avtomat meteoroloji stansiyalar istismara veriləcək

Fact-info.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Rafiq Verdiyev məlumat verib.

Rafiq Verdiyev bildirib ki, müasir avtomat stansiyalar həm ölkə, həm də beynəlxalq yayıma ötürülən məlumatların kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına zəmin yaradır: "Təkcə hidrologiya sahəsində son 3 ildə iri çaylar üzərində Avropa istehsalı olan 40 ən müasir avtomat stansiya quraşdırılıb və onlayn rejimdə fəaliyyət göstərir. Onlardan 11-i vasitəsilə Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonları ərazisindəki çaylarda həm suyun miqdarı, həm də transsərhəd çaylarda suyun keyfiyyəti nəzarətdə saxlanılır".

Onun sözlərinə görə, innovativ tətbiqlər digər istiqamətləri də əhatə edir və dövlət investisiya layihəsi çərçivəsində müşahidə şəbəkəsində 4 dəst dəniz, 2 ədəd dopler radar, 17 dəst meteoroloji, 1 dəst aqrometeoroloji stansiya istifadəyə verilib: "Avtomatlaşdırılmış hidrometeoroloji və hava keyfiyyəti stansiyalarından alınmış məlumatların Milli Hidrometeorologiya Xidmətində yeni yaradılmış Situasiya Mərkəzində onlayn şəkildə vizuallaşması təmin edilib. Bu ilin birinci yarısında isə Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan rayonları ərazisində 5 meteoroloji stansiyanın bərpası çərçivəsində avtomat meteoroloji stansiyaların istismara verilməsi nəzərdə tutulub".

"Bu fəaliyyətlər proqnoz və xəbərdarlıqların dəqiqliyini artırmaqla ölkənin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycanda da 2030-cu ilədək bütün ölkələr tərəfindən yaradılması hədəflənən Erkən Xəbərdarlıq Sisteminin təməli qoyulur" - Xidmət rəsmisi əlavə edib.

Qeyd edək ki, 23 mart "Ümumdünya Meteorologiya Günü" kimi qeyd olunur. Azərbaycanda Milli Hidrometeorologiya Xidmətinin fəaliyyətinin Ümumdünya Meteorologiya Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi sahəsində davamlı tədbirlər görülür. Xüsusilə son illərdə ənənəvi müşahidə qurğuları artıq müasir avtomat stansiyalarla əvəz edilir.




Baxış sayı: 255
Bir əsrin işığında türkologiya Bu gün, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30