Fact-info.az xəbər verir ki, tədbirdə Çərçivə Sənədinin 2023-cü il üzrə icrası üçün Birgə İş Planları müzakirə edilərək təsdiqlənib və maliyyə ili üçün büdcə prosesi və strateji istiqamətlər müəyyən olunub.
İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq edildiyini və sayca 5-ci olan Çərçivə Sənədinin icrası nəticəsində BMT-Azərbaycan əlaqələrinin tərəfdaşlıq mərhələsinə yüksəldiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030-cu il” Gündəliyinə qoşulduqdan sonra ölkədə qəbul olunan 40-dan çox dövlət proqramı, strategiya və fəaliyyət planı Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) inteqrasiya edilib və hazırda da layihələrin uyğunlaşdırılması prosesi davam etdirilir.
BMT-nin ölkə üzrə rezident əlaqələndiricisi Vladanka Andreyeva ölkəmizlə bir sıra sahələr üzrə səmərəli əməkdaşlığı diqqətə çatdırıb, qurumun işğaldan azad olunmuş ərazilərimizin bərpasında, xüsusilə minatəmizləmə fəaliyyətində Azərbaycan Hökumətinə dəstəyinin davam edəcəyini qeyd edib, ölkəmizin DİM-lərin həyata keçirilməsinə bundan sonra da töhfə verəcəyinə əminliyini vurğulayıb.
Tədbir çərçivəsində sənədin icrası üzrə 5 istiqamətdə Nəticə qruplarinin həmsədrləri tərəfindən 2022-ci ilin yekunları və 2023-cü ilin prioritet istiqamətlər üzrə təqdimatlar edilib.
Baxış sayı: 203
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

