FACT-INFO.AZ » CƏMİYYƏT » BMT sessiyasında Azərbaycanın təbii sərvətlərinin Ermənistan tərəfindən talan edilməsi məsələsi qaldırılıb
14-03-2023, 13:50 | CƏMİYYƏT
BMT sessiyasında Azərbaycanın təbii sərvətlərinin Ermənistan tərəfindən talan edilməsi məsələsi qaldırılıb

Fact-info.az xəbər verir ki, toplantıda çıxış edən Dayanıqlı İnkişaf Məqsədlərinin Gənclər Parlamentinin (YPSDG) vitse-prezidenti Julia Rosso bildirib ki, Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində qızıl yataqlarının və digər təbii sərvətlərinin irimiqyaslı qanunsuz istismarı aparılıb. Diqqətə çatdırıb ki, Ermənistan şirkətləri və xaricdən dəvət olunmuş şəxslər tərəfindən Azərbaycanın təbii sərvətləri intensiv şəkildə talan edilib. Bu isə havanın, suyun, torpağın çirkləndirilməsinə, meşələrin qırılmasına, biomüxtəlifliyin pozulmasına və yaşayış mühitinin itirilməsinə gətirib çıxarıb.

YPSDG rəsmisi vurğulayıb ki, bu istismar qeyri-qanuni olduğuna və beynəlxalq tələblərə uyğun gəlmədiyinə görə daha da ciddi şəkil alıb, çünki ətraf mühitə dəyən ziyan regionun nadir ekosistemi zədələyib.

Məruzəçi xatırladıb ki, vaxtilə mühafizə olunan ərazilərə 30 illik işğal dövründə xeyli ziyan dəyib, bu da orada məskunlaşan növlərin mühitinə mənfi təsir edib. Buna misal olaraq Zəngilan rayonundakı nadir çinar meşəsinin qırılması göstərilib. Zəngilandakı çinar meşəsinin vaxtilə dünyanın ikinci, Avropanın isə ən böyük meşəsi sayıldığına diqqəti çəkən məruzəçi bu ərazinin məhv edilməsini ekoloji terrorun daha bir əlaməti adlandırılıb.

Bildirilib ki, Qarabağda “ekosid” kimi səciyyələndirilən və cinayət məsuliyyəti tələb edən ekosistemin kütləvi şəkildə məhvi baş verib. “Ermənistan tərəfinin Azərbaycanın təbiətinə qarşı nümayiş etdirdiyi düşmən münasibəti nəinki Azərbaycanın ekoloji tarazlığına, flora və faunasına ciddi təhlükə yaradır, digər təxribat xarakterli hərəkətlərlə yanaşı, daha da nifrət doğurur, bölgədə sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır”, - deyə Julia Rosso əlavə edib.

YPSDG-nin vitse-prezidenti münaqişədən sonrakı ərazilərə diqqətlə yanaşmağa, başqa dövlətin ərazi bütövlüyü prinsiplərini pozan davranışı dəyişməyə, ərazisi işğal altında olan dövlətin daşınar və daşınmaz əmlakının məhvini qadağan edən bir sıra konvensiya və qətnamələrə, BMT-nin ətraf mühit standartına riayət olunmasına çağırış edib.




Baxış sayı: 266
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30