Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının “İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” kitabı çapdan çıxıb.
AMEA-dan Azadinform-a verilən məlumata görə, nəşrin elmi redaktoru Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan tarixi şöbəsinin müdiri Səməd Bayramzadə, rəyçiləri isə Qafqazşünaslıq İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Musa Qasımlı, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və həmin elm müəssisəsinin beynəlxalq münasibətlər tarixi şöbəsinin müdiri Həsən Əlibəylidir.
Monoqrafiyada Ermənistan-Azərbaycan münaqişəsi xronoloji ardıcıllıq, tarixi faktların təhlili yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində şərh edilib. Nəşrdə, həmçinin İranın Qafqaz siyasətində bu münaqişənin həlli istiqamətində atdığı addımlar İran-Azərbaycan, İran-Ermənistan münasibətləri kontekstində təhlil olunub.
Kitabda İran İslam Respublikasının xarici siyasətinin nəzəri əsasları, bu ölkənin Cənubi Qafqaz siyasəti, eləcə də Azərbaycan-İran münasibətləri və digər məsələlər geniş təhlil və tədqiq edilib.
Qeyd edək ki, Sübhan Talıblının kitabı Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarına əsasən nəşr olunub.
Baxış sayı: 1 732
President Ilham Aliyev's social media accounts shared post on ADEX 2026 exhibition
Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See
Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region

