FACT-INFO.AZ » İQTİSADİYYAT » "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Yevlaxda uğurla icra olunur
23-02-2023, 09:15 | İQTİSADİYYAT
"Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Yevlaxda uğurla icra olunur

Ölkə rəhbəri kimi onun ilk fərmanları əhalinin sosial rifahının yaxşılaşdırılması, ölkəmizin beynəlxalq nüfuzunun artması, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətlərində olmuşdur. Regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun inkişafına, kommunal xidmətlərin və sosial infrastrukturun keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. 

Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013 və 2014—2018-ci illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmişdir. Qeyd olunanları nəzərə alaraq, ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətləri daha da artırmaq məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanaraq təsdiq olunmuşdur. Hal-hazırda bu proqram ölkənin bütün regionlarında, o, cümlədən Yevlaxda müvafiq dövlət orqanları tərəfindən uğurla icra olunur. 

Dövlət proqramının icrasında Yevlax Şəhər İcra Hakimiyyəti aparıcı rol oynayır. Yerli icra hakimiyyəti orqanı prosesdə bir başa iştirak edərək ölkə rəhbərliyinin müəyyən etdiyi qayda-qanun və prinsiplər əsasında fəaliyyət göstərir. Cənab prezident İlham Əliyevin yürütdüyü uğurlu kadr siyasəti də regionlarda aparılan işlərin daha operativ həyata keçirilməsinə imkan yaratmışdır. Yevlaxda da da bu nümunə özünü göstərir. 2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramına əsasən Yevlax şəhərinin 12 prospekt və küçə meydanlarda işıqlandırma sistemi yenidən qurulmuşdur. Prospekt, küçə, meydan və parklarda 209 ədəd yeni, müasir işıqlandırma dayaqları quraşdırılmışdır. Şəhərdə 4 nömrəli 105 yerlik iki mərtəbəli, 6 nömrəli 105 yerlik iki mərtəbəli, 8 saylı 60 yerlik körpələr evi-uşaq bağçalarının binaları əsaslı təmir olunmuş, yeni avadanlıqlarla təmin edilmişdir. Xaldan-Zaqatala avtomobil yolunun (M-5) 3-km-dən ayrılan uzunluğu 8.1 km Xaldan-Ərəş-Meyvəli, kəndlərarası uzunluğu 4.3 km olan Qaroğlan və uzunluğu 5.8 km olan Tanrıqulular giriş və kənd daxili avtomobil yolları əsaslı təmir olunaraq asfaltlanmışdır. Şəhərdaxili bir çox küçələrə də asfalt örtüyü salınmışdır. Eyni zamanda İlqar Dəmirov küçəsində yerləşən 3 ədəd iki mərtəbəli 16 mənzilli yaşayış binalarının həyətlərində 2440 kv.m, Q.Quliyev küçəsində yerləşən 7 ədəd beş mərtəbəli binaların həyətlərində 5792 kv.m asfalt örtüyü döşənmişdir. Ümumiyyətlə 2020-2022-ci illərdə qeyd olunana şəhərdaxili yollara və məhəllələrə 90.4 min kv.m (11.2 km) asfalt örtüyü salınmışdır.

Ümumi sahəsi 16900 kv.m olan Dədə Qorqud parkı yenidən qurulmuş və Dədə Qorqud heykəli quraşdırılmışdır. Parkda sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün hər çür şərait yaradılmışdır. Parkın ətrafında olan 1 ədəd beş mərtəbəli binanın dam örtüyü yenilənmiş, 9 ədəd beş mərtəbəli binanın fasadları təmir olunaraq müasir qaydada üzlənmiş və rənglənmişdir. Ərazidə olan yaşayış binalarının kanalizasiya xətləri əsaslı təmir olunmuş və antisanitariya vəziyyəti aradan qaldırılmışdır. Həmçinin ərazidə bulaq kompleksi tikilmiş və artezian quyusundan daimi su xətti çəkilmişdir. Heydər Əliyev Meydanında, Ulu öndərin heykəli ətrafında və Müstəqillik parkında təmir işləri görülmüş və 560 kv.m qranit material işlənməklə ətraflı abadlaşdırılmışdır. Şəhərin Çənlibel adlanan yaşayış məntəqəsində 1.8 ha ərazidə, K.Sabitov və Q.Quliyev küçələrinin kəsişməsində isə 1.2 ha ərazidə bataqlığın qurudulması işləri aparılmışdır. H. Əliyev prospektində və Zərdabi küçəsində, Dədə Qorqud parkında yaşıllıq ərazilərə 16800 kv.m qazon örtüyü döşənmişdir. Nizami prospektində 2 ədəd iki mərtəbəli 16 mənzilli binaların dam örtükləri əsaslı təmir olunub. Şəhərdə qəzalı vəziyyətə olan binalarda yaşayan ailələrin köçürülməsi məqsədilə 45 mənzilli 9 mərtəbəli yaşayış binası tikilərək istifadəyə verilib. Həmçinin, Heydər Əliyev prospektində 6, 8 və 10 nömrəli binaların həyətlərində "Abad məhəllə" salınmış və binaların fasadları təmir olunaraq rənglənmişdir.

Ümumi sahəsi 4 ha-a yaxın olan Şəhidlər Xiyabanında əsaslı təmir və bərpa işləri aparılıb. Heydər Əliyev Sarayının arxasında, Zərdabi küçəsində sahəsi 3000 kv.m olan uşaq əyləncə və istirahət parkı yenidən qurulmudur. Nizami parkında da əsaslı təmir işləri həyata keçirilib. Hazırda ulu öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsini, Azərbaycan və Türkiyə dostluğunu əbədiləşdirmək məqsədilə "Dostluq parkı" salınmışdır. Bu illər ərzində təhsilin səviyyəsinə görə SSRİ üzrə ikinci olmuş Xaldan Kənd Kompleks tam orta məktəbinin binası da əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilmişdir. Hal-hazırda mövcud problemlərin aradan qaldırılması istiqamətində əməli addımlar atılır və vətəndaş məmnunluğunun təmin edilməsi ön planda saxlanılır.

Anar Salehoğlu





Baxış sayı: 321
Bir əsrin işığında türkologiya Bu gün, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30