FACT-INFO.AZ » İQTİSADİYYAT » Avropa Parlamentinin üzvlərinə Zəngəzur dəhlizi barədə məlumat verilib
1-12-2022, 19:05 | İQTİSADİYYAT
Avropa Parlamentinin üzvlərinə Zəngəzur dəhlizi barədə məlumat verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, tədbirə Avropa Parlamentinin üzvləri, Avropa Komissiyasının, Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələri, beyin mərkəzlərinin təmsilçiləri və Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya qatılıb.

Rəşad Nəbiyev dəyirmi masada çıxış edərək Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələr və ölkəmizin iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizləri barədə Avropa Parlamentinin üzvlərinə məlumat verib.

Bildirilib ki, son iki onillikdə Azərbaycan öz nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyub: "Avtomobil və dəmir yolları çəkib, yeni beynəlxalq hava limanlarını istifadəyə verib, mülki dəniz və hava yük donanmasını gücləndirib. Həmçinin Bakı Beynəlxalq Dəniz Limanını inkişaf etdirib, Ələt Azad İqtisadi Zonasını yaradıb".

Diqqətə çatdırılıb ki, bu layihələr Azərbaycanın daxili ehtiyaclarını üstələyərək daha geniş regional əməkdaşlığı dəstəkləmək üçün nəzərdə tutulub və Azərbaycanı beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevirib. Mövcud geosiyasi vəziyyət ölkəmizin beynəlxalq daşımalarda strateji əhəmiyyətini daha da artırıb. Qısa müddət ərzində ölkəmizin ərazisindən keçən tranzit yüklərin həcmində kəskin artım müşahidə olunub.

Qeyd olunub ki, Azərbaycan Orta Dəhlizin güclü təbliğatçısı olub. 2017-ci ilin oktyabrında Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirən, Orta Dəhlizin əsas arteriyalarından biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib.

Əlavə edilib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Zəngəzur dəhlizinin açılması təşəbbüsü ilə çıxış edib. Landşaft üstünlüklərinə görə bu dəhliz Çin və Mərkəzi Asiya ölkələri arasında Avropaya doğru ən qısa və təhlükəsiz tranzit marşrutuna çevrilə bilər.

"Bu gün ölkəmiz nəqliyyat infrastrukturuna, xüsusən də Qarabağın avtomobil və dəmir yollarına sərmayə yatırmaqda davam edir, şimal və şərq dəmir yolu şəbəkələrini cənub və qərb şəbəkələri ilə birləşdirərək regionun tarixi əlaqəsini bərpa edir", - deyə vurğulanıb.

Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya çıxış edərək Azərbaycanın Orta Dəhlizin inkişafı istiqamətində səylərini müsbət qiymətləndirib. Baş katib Orta Dəhliz boyunca sərhəd prosedurlarının rəqəmsallaşdırılması və uyğunlaşdırılmasının zəruriliyini diqqətə çatdırıb.

Sonra Boston Consulting Group - BCG-nin partnyoru Stuart Vestqeyt Orta Dəhlizin imkanları haqqında geniş təqdimatla çıxış edib.

Sonda dəyirmi masa iştirakçıları Orta Dəhlizin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.




Baxış sayı: 417
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30