FACT-INFO.AZ » İQTİSADİYYAT » Bu gün Füzuli də işğaldan azad edilmiş digər ərazilərimiz kimi canlanır
19-10-2022, 10:45 | İQTİSADİYYAT
Bu gün Füzuli də işğaldan azad edilmiş digər ərazilərimiz kimi canlanır

Tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin olmuş Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardı. Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Füzuli əməliyyatı ilə həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi.

Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı və fədakarlığı sayəsində mümkün oldu. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu bunu bacardı. Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad edildi.

Azərbaycan Ordusu qisasını mülki vətəndaşlardan yox, döyüş meydanında aldı və həlak olanların qanı yerdə qalmadı. Azərbaycan Ordusunun gücü qarşısında qorxuya düşən düşmən əsgərləri Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə qoyub qaçdılar.

Füzuli döyüşlərində Ordumuzun göstərdiyi qəhrəmanlığa verilən yüksək dəyərin rəmzi kimi ölkəmizdə "Füzulinin azad olunmasına görə" medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25301 hərbi qulluqçumuz "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

Bu gün Füzuli də işğaldan azad edilmiş digər ərazilərimiz kimi canlanır. Aparılan sürətli bərpa və quruculuq işləri sayəsində rayonun yeni inkişaf dövrü başlayıb. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı artıq "Qarabağın hava qapısı" adlandırılan və cəmisi 8 aya inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanının, "Füzuli" yarımstansiyasının və digər mühüm obyektlərin açılışı olmuş, Füzuli-Şuşa avtomobil yolu - Zəfər yolu istifadəyə verilmiş, o cümlədən Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində "Ağıllı kənd"in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, çoxmənzilli yaşayış məhəlləsinin, Peşə Liseyinin və bir sıra başqa mühüm infrastruktur obyektlərinin təməli qoyulmuşdur.

Həyata keçirilən bütün bu işlər tezliklə Füzuli rayonunun da işğaldan azad olunmuş digər ərazilərimiz kimi tezliklə sakinlərinin ixtiyarına veriləcəyinə əminliyimizi daha da artırır.

Jalə Əhmədova

Milli Məclisin deputatı




Baxış sayı: 411
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30