FACT-INFO.AZ » İQTİSADİYYAT » Qarabağı əsl sahibləri yenidən dirçəldəcək
11-10-2022, 09:05 | İQTİSADİYYAT
Qarabağı əsl sahibləri yenidən dirçəldəcək

Ermənilər Azərbaycan torpaqları olan Qarabağda qanunsuz əməllər, ağılasığmaz vəhşiliklər törətmişlər. Onlar milli irsimizi kütləvi surətdə məhv edib, talayıb, qədim tarixi-dini abidələrimizi dağıdıb, bir qismini isə saxtalaşdıraraq erməniləşdirib. Ermənilərin törətdiyi bu vandalizmi hətta sivilizasiyadan kənar xalqlar belə törətməzdi.

 

Erməni vəhşiliyinə ən ağır şəkildə məruz qalan şəhərimiz isə Ağdam olub. Belə ki, Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb, yaşayış evləri, ictimai binalar, tarixi, mədəni abidələr, məktəblər, uşaq bağçaları, xəstəxanalar, istehsalat müəssisələri talan edilib, yandırılıb.

 

Təsadüfi deyil ki, məhz Ağdam məruz qaldığı dağıntılara görə “ruhlar şəhəri” adlandırılır. Ümumiyyətlə, Şuşa, Laçın və qismən Kəlbəcər istisna olmaqla, düşmən işğal altında saxladığı digər şəhərlərimizdəki bütün binaları
yerlə-yeksan edib. Mənfur düşmənin Qarabağı işğal altında saxladığı müddət ərzində buraya 1 milyondan artıq mina basdırması isə erməni vandalizminin növbəti təzahürüdür. Ermənilərin bu ərazilərdə törətdikləri əməllər, milli irsə, ətraf mühitə vurduqları zərər müharibə cinayətidir. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür.

 

Nəhayət ki, 44 günlük Vətən müharibəsində Azərbaycan öz əzəli torpaqlarını düşmən işğalından azad edərək ermənilərin Qarabağda törətdikləri bu vəhşiliklərə son qoydu. İndi isə vətəndaşlarımızın öz torpaqlarına qayıda bilməsi üçün burada əsaslı bərpa işləri aparılır, şəhərlər, kəndlər yenidən qurulur, şəhərlərin baş planları hazırlanır. Prezident cənab İlham Əliyevin 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışında qeyd etdiyi kimi: “Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunub. Buna baxmayaraq, artıq Böyük Qayıdış proqramı başlayıb. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksəriyyət insanların həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi qürurvericidir".

 

Biz əminik ki, işğalçı Ermənistanın məhv etdiyi Qarabağı əsl sahibləri yenidən dirçəldəcək. Bütün şəhər və kəndlərimiz qısa müddət ərzində tamamilə bərpa ediləcək, Qarabağ yenidən əvvəlki əzəmətinə qovuşacaq.

 

Ülviyyə Ağayeva 

Milli Məclisin deputatı




Baxış sayı: 402
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30