FACT-INFO.AZ » CƏMİYYƏT » Xaos bataqlığı: Ermənistan çapalayır və daha dərinə gedir
18-07-2016, 09:10 | CƏMİYYƏT
Xaos bataqlığı: Ermənistan çapalayır və daha dərinə gedir

Qərb, Rusiya, Türkiyə, İran kimi ölkələr müəyyən addımlar atırlar. Artıq Almaniyanın və Rusiyanın xarici işlər nazirləri regionda olublar. ABŞ-ın dövlət katibi Con Kerri də regiona gəlib. Rusiya və İran prezidentlərinin gələn ay Bakıya səfəri gözlənilir. Bundan başqa, Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır. Avqust ayında Rusiya və Türkiyə prezidentlərinin də görüşü nəzərdə tutulur. Bütün bunlar Cənubi Qafqazda geosiyasi və hərbi vəziyyətə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə ciddi təsir göstərə bilər. İndi bir sıra böyük dövlətlər bu problemin real həllində maraqlıdırlar. Bunların fonunda region ölkələrinin diplomatik addımları maraq doğurur. 
Bakı təmkinli, müstəqil və ədalətli siyasətini davam etdirirsə, Ermənistan rəhbərliyi özünün yaratdığı siyasi-diplomatik bataqlıqda çırpınır. Onun məntiqsiz və qeyri-konstruktiv addımları artır. Bunun fonunda regionda proseslərin proqnozlaşdırılmasına yeni ehtiyac yarandığını düşünmək olar.

Siyasətçilərin İrəvana səfərləri: real vəziyyət və erməni incikliyi

Ermənistan siyasi mühiti yenidən qarışıb. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin, Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona səfərləri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvandakı tədbiri və NATO-nun Varşava sammiti rəsmi İrəvanın əhval-ruhiyyəsini korlayıb. Qərb ölkələri və Rusiya diplomatiyasının Cənubi Qafqazda fəallaşması özlüyündə əhəmiyyətli prosesdir. Çünki burada uzun illərdir ki, öz həllini tapmayan və regional inkişafa mane olan, qlobal təhlükəsizliyə təhdidlər yaradan münaqişələr var. Onların ədalətli həlli zamanın tələbidir. Lakin Ermənistan rəhbərliyini də qorxudan məhz bu həqiqətdir.

Faktlara müraciət edək. Almaniyanın xarici işlər nazirinin regiona səfəri öncəsi erməni KİV-i Azərbaycan və Türkiyənin pis vəziyyətə düşdüyündən və guya beynəlxalq ictimaiyyətin artıq onlardan haqq-hesab tələb etdiyindən yazır, bunun fonunda F.-V. Ştaynmayerin İrəvanı rahatlada biləcək fikirlər söyləyəcəyini proqnozlaşdırırdılar.

Ancaq bu ümidlər özünü doğrultmadı. Almaniya rəsmisi Ermənistana hər hansı vəd vermədi, onu dəstəkləyəcəklərindən danışmadı. Əksinə, Ermənistana artıq münaqişənin həlli üzərində düşünməli olduğunu vurğulayan F.-V. Ştaynmayer mövcud status-kvonun dəyişməli olduğunu da açıq bildirdi. Təbii ki, bu mesaj erməni separatçıların xoşuna gəlməyib. Lakin bu sözlərdən cəmi bir neçə gün sonra KTMT üzvləri də İrəvanı pərt ediblər (bax: Ованнес Мандакуни. Армения в кандалах / "1in.am", 5 iyul 2016).

Belə ki, bu təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin İrəvan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul edilən bəyanat erməniləri razı salmayıb. Orada bildirilir ki, Vyana və Sankt-Peterburq danışıqlarında əldə olunan razılığa əməl edilməli, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətlərinə dəstək artırılmalı və Helsinki Yekun Aktının prinsipləri yerinə yetirilməlidir (bax: əvvəlki mənbəyə).

Göründüyü kimi, normal şərtlərdir. KTMT faktiki olaraq beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə ifadə olunan müddəalardan kənara çıxmayıb. Burada əlavə olunan prezidentlərin son aylar təşkil edilmiş Vyana və Sankt-Peterburq görüşləridir. Bəs ermənilər nədən narazıdırlar?

Sən demə, onlar uzun illərdir apardıqları xarici siyasətin dalana dirənməsindən bərk narahatdırlar. Konkret desək, İrəvan KTMT-dən açıq hərbi dəstək gözləyir və eyni zamanda, Azərbaycanın ittiham olunmasını tələb edir. Onlar misal da göstərməyə çalışırlar ki, Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) birbaşa müdafiə edir (bax: əvvəlki mənbəyə). Ermənistanın üzv olduğu KTMT isə neytral mövqe tutur.

Rəsmi İrəvanın gizlətmək istədiyi əsas məqam bu fikirlərdə əks olunub. Məsələ ondan ibarətdir ki, beynəlxalq təşkilatlar məhz Azərbaycanı deyil, haqqı, ədaləti, Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Onlar bir şeyi deyirlər – işğalçı zəbt etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır. Həm də bunu İƏT və türkdilli ölkələrin ortaq təşkilatından əvvəl BMT, ATƏT, Aİ, NATO, AŞPA və başqa beynəlxalq təşkilatlar deyiblər. Bunlar isə "türkpərəst" qurumlar deyillər, əksinə, Qərbin (əsas olaraq ABŞ-ın) diqtəsi ilə fəaliyyət göstərən təşkilatlardır.

Vassallıq və cahillik: ermənilərin iki xüsusiyyəti haqqında

Digər tərəfdən, maraqlıdır, KTMT Dağlıq Qarabağla bağlı nəyi deməlidir ki? Yəni İrəvanı təcavüzkar əməllərinə görə tərif etməlidir və ona bu işdə hər cür yardım göstərəcəyini bəyanlamalıdır? Onsuz da Rusiya Ermənistana lazımi qədər hərbi sursat verir. Əslində, rəsmi İrəvan yaranmış vəziyyətdə hiss edir ki, məğlubiyyət qapının ağzındadır. Ondan öz gücünə yaxa qurtara bilməyəcək. Bu səbəbdən əlacı yalnız KTMT-yə qalıb. Ona yalvarır, gah da küsür, yaxud diplomatik gedişlər etməyə çalışır. Hələlik Ermənistan rəhbərliyinin bütün cəhdləri boşa çıxır.

O biri tərəfdən də Qərbin İrəvana arxa duracağına erməni ekspertlər inanmırlar. Bunun iki mühüm səbəbi göstərilir. Birincisi, Ermənistan öz geosiyasi seçimini məlum "2013-cü il 3 sentyabr" tarixində edib. Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaqla, İrəvan həmin andan strateji məqsədini müəyyənləşdirib. İkincisi, Ermənistan real olaraq suveren dövlət deyil. Onun tamamilə Moskvadan asılı olduğunu heç kəs gizlətmir. Bu səbəbdən Rusiya rəhbərliyinin Azərbaycanla əməkdaşlığı gücləndirməsi birmənalı şəkildə Ermənistanda anti-erməni addım kimi qiymətləndirilir. Təbii ki, reallıqda belə deyil.

Bütün bunları nəzərə alaraq, erməni analitik İqor Muradyan yazır ki, "ermənilər NATO-nun düşmənidirlər" (bax: Игорь Мурадян. Армяне – враги НАТО / "Lragir.am", 4 iyul 2016). O, fikrini konkret faktlarla sübuta yetirir. Bu kontekstdə bir neçə tezis üzərində dayanmağa ehtiyac görürük. Çünki onlar faktiki olaraq rəsmi İrəvanın siyasi kimliyini və erməni cəmiyyətinin psixoloji durumunu ifadə edir.

Erməni ekspert yazır ki, Ermənistanın aparıcı "tərəfdaşı" Rusiya həm də Azərbaycanın dostu "çıxdı". Moskva başqa dövlətlərdən silah almağa imkan vermir. Belə çıxır ki, erməni siyasi şüurunda "Rusiya Ermənistanla elə yaxınlıq etməlidir ki, hər məsələdə tamamilə anti-Azərbaycan mövqeyi tutsun" kimi bir ehkam kök salıb. Müasir siyasətdə bu, yalnız istehza doğura bilən özünüaldatmadır.

Sonra, Ermənistanın keçmiş müdafiə nazirinin ölkənin suverenliyi haqqında zəhlətökən danışıqları blefdən başqa bir şey deyil. O, "öz xidməti tarixçəsinə nəzər salsa", bu fikir aydın olar (bax: əvvəlki mənbəyə).

Daha maraqlısı bunlardan sonra gətirilən fikirdir. Analitik vurğulayır: "Erməni rəhbərliyi əhalinin səssiz razılığı ilə ölkəni tam aciz duruma gətirib və onu qanuni vassal vəziyyətinə salıb". Hətta NATO Ermənistanı suveren dövlət hesab etmir (bax: əvvəlki mənbəyə).

Nəhayət, bütün bunların əsas səbəbi erməni cəmiyyətinin bir xüsusiyyəti ilə bağlıdır. Belə ki, "ermənilər aztəhsilli (yəni, cahil – müəllif) xalqdır və bu vəziyyətdən necə xilas olmağı təsəvvür edə bilmir. İndi razılaşmaq lazım gəlir ki, artıq seçim olmayacaq. Bəlkə də gözlənilənlərdən də pis zaman gəlir" (bax: əvvəlki mənbəyə).

Bu tezisləri ümumiləşdirsək, görərik ki, Ermənistan rəhbərliyi və cəmiyyəti bir-birini tamamlayır – cahil cəmiyyət vassal liderlər yetişdirər! Hazırkı vəziyyətdə erməni cəmiyyəti öz məhdud və radikal dünyagörüşü əsasında Serj Sarkisyan kimilərin rəhbərliyinə razı olub, əvəzində, başqa dövlətdən tam asılılıq "qazanıb"! Belə bir ölkəyə F.-V. Ştaynmayer, yaxud S.Lavrovun səfərləri nə verə bilər? Onlar Ermənistanı vassallıqdan və ağlabatmayan, məntiqsiz xarici siyasət kursundan necə xilas edə bilərlər? Misal var, "çayda batanı yalnız özü qurtara bilər"!

Konkret desək, rəsmi İrəvanın KTMT-dən, yaxud Moskvadan inciməyə haqqı yoxdur. O, ilk olaraq özünü dəyişməlidir. Yəni müasir dövrün tələblərinə uyğun siyasət kursu götürməlidir. Burada beynəlxalq hüquqa sözsüz əməl edilməli, başqa ölkələrə qarşı təcavüzkar addımlara yol verilməməlidir. Azərbaycan bu aspektdə Ermənistan rəhbərliyi üçün nümunə ola bilər.

Beləliklə, Cənubi Qafqazda böyük dövlətlərin diplomatik fəallığının artmasından Ermənistan rəhbərliyi bərk narahatdır. Ancaq o, necə davranmağı müəyyənləşdirə bilmir. Xaotik surətdə gah havadarlarına yalvarır, gah onlardan küsür, gah da Azərbaycanı ittiham etməyə çalışır. Reallıq isə birdir. O, tələb edir ki, İrəvan konstruktiv siyasət yeritsin. Əks halda, Ermənistan özünün yaratdığı xaos bataqlığında batacaq!

Newtimes.az

 

 




Baxış sayı: 2 039
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031