FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir
3-07-2022, 07:30 | İQTİSADİYYAT
Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir

İyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı da bu baxımdan tarixi hadisə idi. Tədbirdə Azərbaycan Prezidentinin nitqi tarixi şəraitdə önəmli çıxış kimi dinlənildi və bəşəriliyinə görə siyasi tezislər kimi ümumiləşdirildi.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik fəaliyyət nəticəsində imzalanmış bu sənəd Xəzər dənizinin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Bu fikirlər dövlətlərarası münasibətlərdə qarşılıqlı etimada, qarşılıqlı inama söykənir və iştirakçı dövlətlər bu tezisləri gələcək əlaqələr üçün başlıca baza müddəa kimi dəyərləndirəcək.

Bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.

“Qonşuluq tarixin müəyyənləşdirdiyi münasibətlərə əsaslanır. El məsəlində deyildiyi kimi, yaxşı güzəran həm də yaxşı qonşuluq deməkdir. Xəzər, dəniz ətrafındakı dövlətlərin ümumi dənizidir. Deməli, ümumi yaşayış normaları da var. Bu normalar qarşılıqlı ehtiram əsasında formalaşmalıdır ki, istər siyasi, istər iqtisadi, istərsə də siyasi-iqtisadi əlaqələr fonunda mədəni münasibətləri də arzulanan səviyyədə inkişaf etdirmək mümkün olsun.

Son illərdə dövlətlərin bir-birinin suverenliyinə hörmətlə yanaşması, beynəlxalq hüququn prinsiplərinə ciddi əməl edilməsi Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasını nəzərəçarpacaq dərəcədə möhkəmləndirib. Beynəlxalq hüququn tələblərinə uyğun müqavilələr ikitərəfli, çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsində əhəmiyyətli olur. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə bağlanmış sazişlər səmərə verməkdədir. Xəzər mehriban qonşuluq dənizidir. Bu qonşuluq tarixən yaşadılsın deyə belə tədbirlər bəşəri mahiyyət daşıyır.

Prezident İlham Əliyevin Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında tarixi çıxışı da bəşəriliyin yaşadılması zərurətini ifadə edir. Bu çıxış təkcə Azərbaycanın, Xəzəryanı dövlətlərin deyil, ümumən dünya dövlətlərinin sabahlarına siyasi havadarlığın çıxışıdır. Dövlətimizin başçısının çıxışda qeyd olunan amillər tarixi, siyasi-iqtisadi bir mərhələnin amilləridir. Çıxışda qeyd olunur ki, Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanılıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amili kimi şərh olunub. Bu da Azərbaycanın sülhsevər dövlət olduğunun təsdiqidir”, - deyə S.Xasayeva qeyd edib.

Dövlətlərarası münasibətlərdə qarşılıqlı fəaliyyətdən danışan deputat deyib: “Qarşılıqlı fəaliyyət–cəmiyyətlərin sakit, dinc sabahlarıdır. Azərbaycan dövləti təkcə Cənubi Qafqazda deyil, ümumən dünyada əmin-amanlığın, qarşılıqlı ehtirama əsaslanan ikitərəfli, çoxtərəfli münasibətlərin siyasi cəfakeşi olub. Bu baxımdan Azərbaycan dünyanın əksər dövlətinin böyük etimadını qazanıb. Bu xüsusda Xəzəryanı dövlətlər də Azərbaycanın dövlət maraqlarının qarşılıqlı etimada, ehtirama, inama əsaslandığını bilir və buna adekvat cavab verirlər. Bu cavab birmənalı şəkildə, tərəflərin mənafelərinin nəzərə alınmasıdır. Eyni zamanda, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq bu etimadın əsas hissəsidir.

Xəzər dənizi buradan istifadə edən dövlətlərin iqtisadiyyatında mühüm rol oynayır, həmçinin onların ümumi dənizidir. Bu xüsusiyyət də həmin dövlətlərin rifahının, iqtisadi qüdrətinin yüksəlməsini təmin edən amillərdəndir. Bu baxımdan Xəzəryanı dövlətlər regional layihələrin həyata keçirilməsində maraqlıdır. Prezident İlham Əliyevin dediyi kimi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.

Dövlətlərarası münasibətləri tənzimləyən vasitələrdən biri də beynəlxalq nəqliyyatdır. Yüksək nəqliyyat şəbəkəsi, bu sıradan dəniz nəqliyyatının inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətlərindəndir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradıb. Xəzəryanı dövlətlər bu təməli sülh naminə, əmin-amanlıq naminə daha da inkişaf etdirirlər. Bu inkişaf da bəşəri mahiyyətə malikdir”.

Səbinə Xasayevanın sözlərinə görə, Azərbaycan region dövlətlərinin böyük ehtiramı ilə əhatələnib. Onun xarici siyasəti dünya dövlətlərinin böyük əksəriyyəti tərəfindən bəyənilir, təqdir edilir. Etiraf edilir ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oyna¬yır. Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək. Həmçinin nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Bu əminlik Azərbaycanın dünya miqyasında siyasi nüfuzunun, iqtisadi qüdrətinin etirafıdır.

Azərbaycan olduqca həssas, gərəkli bir geosiyasi regionda yerləşir. Bu amil həmişə diqqəti çəkib. İndi də diqqət mərkəzindədir. İstər dünya dövlətləri, istərsə də Xəzəryanı dövlətlər bu amilə kifayət qədər incəliklə yanaşırlar. Dünyanın müxtəlif istiqamətlərində yerləşən dövlətlərlə iqtisadi, ticari əlaqələrin bir hissəsi Xəzər dənizi vasitəsi ilə həyata keçirilir və marşrut Azərbaycanın ərazisindən keçir. Yəni Azərbaycan böyük iqtisadi, ticari əlaqələr şəbəkəsində kifayət qədər yeri olan dövlətdir. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımalar hər il artır. Bu artım Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmində də hiss edilir. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsidir.

Milli məclisin deputatı əlavə edib ki, Vətən müharibəsi Zəfərlə başa çatdı. 2020-ci il noyabrın 10-da bağlanan üçtərəfli Bəyanat Azərbaycanın qələbə, Ermənistanın isə məğlubiyyət sənədi oldu. Zəfərdən sonra gerçəkləşdirilməsi gündəmdə olan məsələlərdən biri də Zəngəzur dəhlizidir. Bu məsələ də gerçəkləşməkdədir. Vətən müharibəsində Azərbaycan Ordusunun Zəfərindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görülməyə başlanılıb. Bu baxımdan Zəngəzur dəhlizi dünya dövlətləri üçün də gərəklidir. Ermənistan bu dəhlizin istifadəyə verilməsinə ciddi maneələr törətməyə cəhd göstərsə də, dəhliz açılacaq, necə deyərlər, işğalçının işğaldan sonrakı niyyəti də baş tutmayacaq.

Dünya dövlətlərini düşündürən ən vacib məsələlərdən biri də ekoloji problemlərdir. Xəzər ortaq dənizdirsə, problemlər də ortaqdır. Bu problemlər həm elmi, həm də elmi-praktik baxımdan ortaq həll olunmalıdır.

Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir. Ölkəmiz Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Prezident İlham Əliyevin nitqi dünyəvi siyasətin konturlarını xatırladan çıxış kimi yüksək dəyərləndirilir.




Baxış sayı: 584
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30