Bərpa, təmir və tikinti işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılır.Ağdam Rayon İcra Hakimiyyətindən bildiriblər ki, tamamilə dağılmış 8 evdən 7-də hörgü, beton, dam örtüyü, suvaq, elektrik işləri başa çatıb. Hazırda bu evlərdə döşəmə və tavan vurulur, malyar işləri görülür. Bir evdə isə dam örtüyü vurulur. Bərpa olunan evlərin 13-də işlər başa çatıb, 2-də suvaq işləri görülür. 26 evdə təmir işləri aparılıb. Qismən zərər dəymiş 150 evdə dəyən ziyan aradan qaldırılıb.Bərpa, təmir və tikinti işlərinin iyulun sonunadək başa çatdırılması nəzərdə tutulur.
Baxış sayı: 1 501
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

