FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycan BMT-nin “Davamlı inkişaf məqsədləri indeksi”ndə 5 pillə irəliləyib
7-06-2022, 08:50 | İQTİSADİYYAT
Azərbaycan BMT-nin “Davamlı inkişaf məqsədləri indeksi”ndə 5 pillə irəliləyib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov qeyd edib ki, BMT-nin illik açıqlanan “Dayanıqlı İnkişaf Hesabatı” hər bir ölkənin 2030-cu ilədək müəyən edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün hansı mövqedə olduğunu qiymətləndirmək üçün aparılır. Hesabat Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyində nəzərdə tutulmuş 17 ümumbəşəri inkişaf məqsədlərini əhatə etməklə hazırlanır.

2022-ci il üçün hazırlanmış hesabat sənədində ölkəmiz ötən il ilə müqayisədə 5 pillə irəliləyərək mümkün 100 baldan 73,5 toplayıb. Belə ki, hazırda Azərbaycan dünyanın 163 ölkəsi arasında “davamlı inkişaf məqsədləri (DİM) indeksi” üzrə 50-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cu yer) liderdir və dünya üzrə hər üç ölkədən ikisini geridə qoyur. Müqayisə üçün demək olar ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 71,6-dur ki, bu da Azərbaycanın göstəricindən aşağıdır.

Hesabatda ölkəmiz yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, yoxsulluğa son, təmiz su və sanitariya, davamlı şəhərlər və icmalar, məsuliyyətli istehsal və istehlak, iqlim dəyişikliyinə qarşı mübarizə və torpaq ekosisteminin mühafizəsi məqsədləri üçün tərəfdaşlıq kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişə nail olub. Hesabatda müəyyən edilmiş altməqsədlərə gəldikdə isə, qiymətləndirilən 83 məqsəddən 35-də irəliləyiş əldə edilib (qismən və ya nəzərəcarpacaq), 7-si üzrə isə DİM məqsədlərinə çatılıb.

Hər bir ölkənin fəaliyyəti digər ölkələrin DİM-lərə nail olmaq imkanlarına müsbət və ya mənfi təsir göstərə bilər. Bu təsirləri müəyyən etmək üçün hesabatda eyni zamanda “yayılma və ya təsir indeksi” də hesablanır ki, bu da üç istiqamət üzrə qiymətləndirilir: ekoloji və sosial təsirlərin beynəlxalq ticarətdə təcəssümü, iqtisadiyyat və maliyyə, təhlükəsizlik. Bu qiymətləndirmə üzrə Azərbaycanın göstəricisi 97,3 olub ki, bu da ölkəmizin digər ölkələrin DİM-lərə nail olmaları istiqamətində daha çox müsbət və daha az mənfi təsirlərə səbəb olduğunu göstərir.




Baxış sayı: 652
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30