FACT-INFO.AZ » İQTİSADİYYAT » "Cənub Qaz Dəhlizi"nin gücünün genişləndirilməsi imkanlarını nəzərdən keçirmək üçün müəyyən əsaslar var - Laura Lokman
3-06-2022, 10:25 | İQTİSADİYYAT
"Cənub Qaz Dəhlizi"nin gücünün genişləndirilməsi imkanlarını nəzərdən keçirmək üçün müəyyən əsaslar var - Laura Lokman

Bu barədə Trend-ə özəl müsahibəsində ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Lokman deyib.

"Bu, mənim Bakıya ilk səfərimdir və gözəl bir neçə gün idi. Mən üç ildən sonra ilk dəfə keçirilən Bakı Enerji Forumunda iştirak etmək üçün buradayam. Mən bunun bir hissəsi olmaqdan və Azərbaycanın regionda, eləcə də Avropada enerji təhlükəsizliyində oynadığı çox mühüm roldan danışmaqdan çox şadam. Biz ABŞ ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bu əlamətdar hadisədir. Biz uzun müddətdir ki, enerji, eləcə də ticarət və investisiya, daha geniş iqtisadi məsələlərlə bağlı əməkdaşlıq edirik. ABŞ Azərbaycanın enerji və iqtisadi məsələləri üzrə sadiq tərəfdaşıdır və cari təchizat problemlərini həll etmək, eləcə də gələcəkdə bərpa olunan enerjini inkişaf etdirmək, bu əməkdaşlığı dərinləşdirmək üçün müəyyən imkanlarımız var", - deyə L.Lokman bildirib.

L.Lokman qeyd edib ki, "Cənub Qaz Dəhlizi" mühüm nailiyyətdir və ABŞ bu layihəni əvvəldən dəstəkləyib. Onun sözlərinə görə, bu, regional tərəfdaşlar, eləcə də hökumətlər və özəl sektor arasında əməkdaşlığın əla nümunəsidir:

"Biz indi bu infrastruktura malik olmağın bəhrələrini görürük və bu, hazırda Avropanın regional enerji təhlükəsizliyinə böyük köməklik edir. Avropa qitəsinin əlavə ehtiyaclarını ödəmək üçün "Cənub Qaz Dəhlizi"nin imkanlarının genişləndirilməsi imkanlarını nəzərdən keçirmək üçün müəyyən səbəblər var. Bütün enerji mənbələrinin şaxələndirilməsi vacibdir. Biz hər hansı bir enerji formasının bir istehsalçısından asılı olmaq istəmirik. Hazırda Avropada “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycandan əlavə təbii qaz tədarükünə ehtiyac var".

Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialından danışan L.Lokman xatırladıb ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın dəniz külək enerjisi üçün böyük potensiala malik olduğunu bildirib:

"Prezident külək enerjisi üçün böyük potensial olan 157 giqavat gücü nəzərdə tuturdu. Siz, həmçinin günəş enerjisi potensialına sahibsiniz və nəticədə hidrogen istehsal etmək üçün istifadə edilə bilər. Beləliklə, imkanlar çoxdur və Amerika şirkətlərinin bu texnologiyalarda çoxlu təcrübəsi və biliyi var".

L.Lokman Avropada davam edən enerji böhranı və onun təsirlərini yumşaltmaq üçün atılan addımlara da toxunub:

"Dünyada biz keçən payızdan etibarən COVID-19 pandemiyasından sonra bərpa prosesi ilə əlaqədar olaraq daha yüksək enerji qiymətləri, daha az təklif və daha çox tələb müşahidə etməyə başladıq. Və təbii ki, bu, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə daha da ağırlaşıb. Hazırda Avropa Rusiya kömüründən, eləcə də neft və qazdan asılılığını azaltmaq üçün çox çalışır. Beləliklə, ehtiyac böyükdür və ABŞ təbii qazdan asılılığı azaltmaq üçün səmərəlilik, ağıllı termometrlər, istilik nasosları və digər oxşar texnologiyalardan istifadə etməklə qalıq yanacağa tələbatı azaltmağın yollarını avropalılarla müzakirə edərək öz töhfəsini verir".

L.Lokman qeyd edib ki, ABŞ prezidenti Co Bayden mart ayında Avropa Komissiyasının sədri Ursula fon der Leyenə ABŞ-ın 2022-ci ildə Avropaya 15 milyard kubmetr təbii qaz gətirməsinə kömək edə biləcəyinə söz verib:

"Bunun çox hissəsi ABŞ təbii qaz və maye qaz (LNG) istehsalçılarından gələcək. Buna dünyanın hər yerindən başqa mənbələr də əlavə olunacaq ki, bu il biz 15 milyard kubmetrə çatdıracağıq. Biz qarşıdakı bir neçə il ərzində bu həcmləri ildə 50 milyard kubmetrə çatdırmağı öhdəmizə götürmüşük. Bu, Prezidentimizin Aİ qarşısında götürdüyü öhdəlikdir".




Baxış sayı: 686
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30