Bu fikirləri Prezident İlham Əliyevlə görüşdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge deyib.
Təşkilatın Azərbaycanda hazırda səhiyyə sistemində aparılan islahatlara yaxından töhfə verməyə hazır olduğunu deyən Hans Kluge bildirib ki, ölkəmizdə rəqəmsal və elektron səhiyyə sistemlərinin qurulması istiqamətində görülən tədbirlər də çox müsbətdir.
Hans Henri Kluge qeyd edib ki, Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirəcəyi səhiyyə sisteminin qurulması prosesində, xüsusilə rəqəmsal səhiyyə sisteminin yaradılmasında Ümumdünya Səhiyyə Təşkilatı töhfəsini verməyə və Azərbaycan ilə yaxından əməkdaşlığa hazırdır.
Vurğulayıb ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində səhiyyə xidmətlərini təqdim edən regional mərkəzlərdən birinə çevrilə bilər.
Baxış sayı: 641
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

