FACT-INFO.AZ » CƏMİYYƏT » Ermənistanın faşizmi və terrorizmi dövlət səviyyəsində dəstəkləməsinə dair həqiqətlər Avropa Şurasında
21-06-2016, 10:05 | CƏMİYYƏT
Ermənistanın faşizmi və terrorizmi dövlət səviyyəsində dəstəkləməsinə dair həqiqətlər Avropa Şurasında

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov həmin müzakirələr çərçivəsində mühüm bir məsələ ilə bağlı bəyanat təqdim edib. Deputatın həmin sənədində Ermənistanın dövlət səviyyəsində terrorizmi və faşizmi dəstəklədiyi danılmaz sübutlarla göstərilib.
Rafael Hüseynov bəyanatında dünyanın qatı cinayətkarlar kimi tanıdığı ayrı-ayrı şəxslərin Ermənistan tərəfindən rəsmən qəhrəmanlara çevrilməsinin humanist dəyərlərə qarşı olduğunu vurğulayıb: “Hər bir xalqın qəhrəmanlara ehtiyacı var və hər bir xalq onun yüksəlişlərində xidməti olan qəhrəmanları daim ehtiramla xatırlamağa borcludur. Lakin xalqlara yalnız əsl mərd, qüdrətli, xilaskar, qurucu qəhrəmanlar deyil, təəssüf ki, antiqəhrəmanlar da nəsib olur. Tarixdə elə şəxslər olub ki, öz xalqlarını da, insanlığı da çox faciələrə düçar edib, amma müəyyən zümrələr onları ideallaşdıraraq qəhrəman kimi qələmə verib. Təəssüf ki, bu arzuolunmaz təmayül indi də müşahidə edilməkdədir. Hitlerin alman xalqını da, bəşəriyyəti də hansı müsibətlərə uğratdığı hamıya bəllidir. Ancaq bilirik ki, indi dünyanın müxtəlif yerlərində faşizmi tərənnüm edən, Hitleri qəhrəmanlaşdıran qüvvələr də hərdən baş qaldırır. Kimin kimləri qəhrəman hesab etməsi isə həmin insanların özlərinin kimliyi və əxlaqi-mənəvi keyfiyyətləri haqqında dəqiq təsəvvür yarada bilir. Amma bir var hansısa məhdud sayda şəxslər özlərinin qüsurlu əqidələrinə, ya müəyyən məkrli siyasi məqsədlərinə görə mahiyyətcə mənfi olanları qəhrəmana döndərələr, bir də var bu xətt rəsmən dövlət və ölkə səviyyəsində həyata keçirilə. Müasir dünyanın ən çox nifrət bəslədiyi, əleyhinə mübarizə apardığı iki qara qüvvədən biri terrorizm, digəri faşizmdir. Lakin ən qatı terrorçunu və ən qəddar faşisti özünə rəsmən qəhrəman elan edən və bununla da mədəni dünyaya və bütün humanist dəyərlərə meydan oxuyan ölkə də var. O ölkə uzaqda deyil, bizim aramızdadır. Dünya ermənilərinin bədnam “ASALA” terror təşkilatının üzvü olmuş ABŞ ermənisi Monte Melkonyan 1983-cü ildə Parisdəki Orli hava limanında 60 nəfər insanın ağır yaralanması və həlak olması ilə nəticələnən növbəti terror aktlarından birini yerinə yetirdikdən sonra Fransa polisi tərəfindən həbsə alınaraq müxtəlif vaxtlarda törətdiyi 4 terrora görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin müəmmalı şəkildə bir neçə il sonra, həbs müddəti başa çatmadan azadlığa çıxan Melkonyan yeni qanlı terrorları icra etməyə başlayıb. 1993-cü ildə öldürülən Monte Melkonyanın dəfnində Ermənistan prezidenti şəxsən iştirak edib və bu terrorçu rəsmən Ermənistanın milli qəhrəmanı adı və “Ağ xaç” ordeni ilə təltif edilib. Dünya terror şəbəkəsinin ən qatı cinayətkarlarından birini qəhrəman elan etmək və onun xatirəsini rəsmən böyük təntənə ilə əbədiləşdirməklə Ermənistan terrorizmi dövlət səviyyəsində dəstəklədiyini açıq şəkildə təsdiqləyib. 2016-cı il mayın 28-də Ermənistanın paytaxtı Yerevanda, hökumət binaları kompleksinin yanında, ölkə prezidentinin iştirakı ilə yeni bir heykəlin açılışı olub. Bu abidə Hitlerin silahdaşı, İkinci Dünya müharibəsi dövründə SS-in ən qəddar cəza legionlarından birinə başçılıq etmiş Qaregin Njdeyə ucaldılıb. Əlləri minlərlə günahsız insanın qanına bulaşmış bu nasist caninin adına Ermənistanda meydan, metro stansiyası var və ayrıca sikkə buraxılıb.
Beləliklə, Ermənistan dövləti bu faşist qatili də rəsmən milli qəhrəman edib. Mən sadəcə bəlli faktları sadaladım və heç bir təhlil vermək istəmirəm. Bu, müasir Ermənistan dövlətinin siyasi mahiyyətini və iflasını əyani nümayiş etdirən güzgüdür”.
Milli Məclisin deputatının təqdim etdiyi sənəd nəşr edilərək parlamentarilər arasında yayılıb və Parlament Assambleyasının saytında yerləşdirilib.




Baxış sayı: 1 911
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031