FACT-INFO.AZ » İQTİSADİYYAT » QHT “Ekoturizmin təbliğində bələdiyyələrin rolu” layihəsi çərçivəsində Quba rayonunda silsilə görüşlər keçirib
16-03-2022, 08:50 | İQTİSADİYYAT
QHT “Ekoturizmin təbliğində bələdiyyələrin rolu” layihəsi çərçivəsində Quba rayonunda silsilə görüşlər keçirib

Dördgünlük səfər proqramına uyğun olaraq Ekologiya və Təbii sərvətlər Nazirliyinin 5 saylı Xaçmaz regional idarəsində, Azərbaycan Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatında (QDTM), Quba bələdiyyəsində bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla görüşlər keçirilmişdir. Görüşlərdə layihə çərçivəsində ekoturizmin təbliği və bölgələrdə ekoturizmin inkişafında yerli özünidarəetmə orqanlarının aktivliyinin artırılması yolları, ekoturizmlə bağlı yerli büdcəyə əlavə maliyyənin cəlb edilməsi üçün konkret addımların atılması geniş şəkildə müzakirə edilmiş, Quba DMT-nin turizmin bu növü üzrə görülmüş işlər, gələcək plan və fəaliyyətlər müzakirə olunmuş məlumatlar verilmişdir.

Ekologiya və Təbii sərvətlər Nazirliyinin 5 saylı Xaçmaz regional idarəsinin rəisi Qaffar Xıdırov, Azərbaycan Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının rəhbəri Heybət Vəliyev həbelə Quba Bələdiyyəsinin sədri Humaya Məmmədova görüşlərdə layihənin region üçün aktual olduğunu xüsusi olaraq vurğulamışlar. Layihə iştirakçıları Vüqar Tofiqli, Asəf Mikayılov və layihə üzrə ekspert, iqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru Fərhad Mikayılov görüş iştirakçılarına layihə barəsində ətraflı məlumat vermiş və adıçəkilən qurumlarla əməkdaşlaq əlaqələrinin qurulması qərara alınmışdır. Tədbirlərdə ekoturizmin təbliğində bələdiyyələrin rolunun artırılması istiqamətində bələdiyyələr üçün treninqlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanmış, həmçinin informasiya mübadiləsi nəzərdən keçirilımiş, o cümlədən ekoturizmlə bağlı mövcud vəziyyəti və perspekltiv inkişaf istiqamətlərini ozündə ehtiva edən hesabatın hazırlanması məsələləri müzakirə edilmişdir.

Səfər çərçivəsində Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti təşkilatının təşəbbüsü ilə Qusar rayonunun Çiləgir kəndində Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasının icraçı direktoru, turizm sahəsi üzrə tanınmış bloger Fərhad Aşurbəyli ilə maraqlı fikir mübadiləsi aparılmışdır. Görüşdə həmçinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması yolları da müzakirə edildi.

Xatırladaq ki, layihə dörd ay müddətində icra olunacaq.

Məlumat üçün bildirək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi 15.02.2010-cu ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Birliyin əsas məqsədi yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin fəaliyyətini təbliğ etmək, onların problemlərini ictimailəşdirmək və fəaliyyətlərinə yardımçı olmaqdır. İctimai birlik 2012-ci ildən etibarən hər il Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihələri uğurla başa çatdırmışdır.




Baxış sayı: 583
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30