Tədbirdə Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova Azərbaycanın mədəniyyəti, incəsənəti haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman uşaqlara böyük diqqət və qayğı göstərir, onlarla maraqlanırdı. Uşaqların tərbiyəsi, təhsili haqqında məlumat almağa çalışırdı.
K.Pirməmmədova qeyd edib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin bu istiqamətdə apardığı işi uğurla davam etdirirlər. Belə ki, ölkəmizdə təhsilə böyük diqqət yetirilir, yeni məktəblər tikilir və ya yenidən qurulur, təhsil ocaqları kompyuterləşdirilir.
Sonra Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa edib, düşərgədə tərbiyə alan şagirdlər Azərbaycanın uşaq filmlərinə tamaşa ediblər. (AZƏRTAC)
Baxış sayı: 1 806
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

