FACT-INFO.AZ » İQTİSADİYYAT » General Yücel Karauz: Can Azərbaycan “TEKNOFEST Azərbaycan” çərçivəsində öz gücünü dünyaya yeni formada nümayiş etdirəcək
10-02-2022, 07:55 | İQTİSADİYYAT
General Yücel Karauz: Can Azərbaycan “TEKNOFEST Azərbaycan” çərçivəsində öz gücünü dünyaya yeni formada nümayiş etdirəcək

“TEKNOFEST Azərbaycan” tarixdə təkcə texnoloji yeniliklərin nümayişi deyil, eyni zamanda, Azərbaycanın öz gücünü dünyaya yeni formada nümayiş etdirmək fürsəti kimi qalacaq. Bu festival Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” fəlsəfəsinə söykənərək müdafiə sənayesi sahəsində birgə addımlar atması üçün yeni təməllər ortaya çıxaracaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.

Azərbaycan son onillikdə bir sıra mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına məharətlə ev sahibliyi etdiyini diqqətə çatdıran general Yücel Karauz deyib: “TEKNOFEST Azərbaycan” Can Azərbaycanın strateji inkişaf modelinin mühüm məqamlarının tanıdılması üçün böyük fürsət yaradacaq. Eyni zamanda, azərbaycanlı gənclərin elm və texnikaya, yüksək texnologiyalara, xüsusilə dəqiq elmlərə olan həvəsi artacaq. Azərbaycan xalqı bu festival çərçivəsində yenə də bütün dünyaya birlik mesajını çatdıracaq. Əminəm ki, Azərbaycan xalqı “Qarabağ Azərbaycandır!” şüarı ilə üçrəngli milli bayrağa olan tükənməz sevgisi və məhəbbəti ilə bütün dünyanı yenidən heyrətləndirəcək”.

General Yücel Karauz əminliklə bildirib ki, 44 günlük Vətən savaşında rəşadətli Qələbənin qazanılmasın böyük töhfələr verən “Bayraktar”lar “TEKNOFEST Azərbaycan” çərçivəsində bütün göstəriciləri ilə dövlətlərimizin və xalqlarımızın birliyini və qardaşlığını yenidən nümayiş etdirəcək.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il mayın 26-29-da Bakıda keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər istiqamətlərin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim edilməsidir.




Baxış sayı: 724
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30