Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov feysbuk hesabındakı paylaşımında bildirib.
Hazırda həmin hissə ilə yük qatarları hərəkət etdiyini vurğulayan deputat yazıb: “Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün inşaat işlərinin sürətlənməsi Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin proqnozlaşdırılandan daha tez reallaşmasına səbəb ola bilər. İlkin gözləntilərə görə, dəmir yolunun tam istifadəsi gələn il mümkün olacaq. Bununla belə, işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işləri sürətlə aparıldığı üçün sözügedən nəqliyyat xətti daha tez istifadəyə verilə bilər.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdür. Regionun kifayət qədər iqtisadi potensialı var. Bu da regional dəhlizlərin əhəmiyyətini daha da artır. Daha geniş anlamda region ölkələrindən Türkiyə və Rusiya “Böyük iyirmiliyə” üzv olan ölkələrdir. Söhbət üç trilyon dollarlıq ümumi daxili məhsulu olan region ölkələrinin Zəngəzur dəhlizindən istifadəsindən gedir.
Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşağına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu yol xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmin edilməsi baxımından əhəmiyyətli olacaq.
İşlərin intensiv aparılması uzun müddət müzakirə olunan və region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizin daha qısa zamanda reallığa çevrilməsinə gətirib çıxara bilər”.
Baxış sayı: 714
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

