Trend-in məlumatına görə, bunu Yerevandakı "Üçüncü Qüvvə Plyus" qəzetinin baş redaktoru Vahram Ağacanyan yazıb.
Baş redaktorun yazdığına görə, Xankəndidəki rejim 6 milyard drama yaxın vəsaiti mənimsəyib. Ermənistanın Mərkəzi Bankı da bununla bağlı araşdırmalara başlayıb, bir neçə yüksək çinli məmur həbs olunub.
"Dağlıq Qarabağda dolaşan və gündən-günə güclənən, artıq şübhə doğurmayan şayiələrə görə, Xankəndidəki hakimiyyət Moskvadan, habelə Yerevandan birbaşa əmr alıb.
Əmrdə göstərilir ki, əraziləri Azərbaycana təhvil vermək üçün hazırlamaq gərəkdir. Bunun üçün Dağlıq Qarabağda gələcəkdə mümkün ola biləcək müqavimət ocaqları indidən zərərsizləşdirilir və köhnə bolşevik metodu ilə yerli sakinlər klassik yoxsulluq, səfalət həddinə çatdırılır. Çünki yoxsul, çörək axtaran insanı siyasət maraqlandırmır. Belə adamı istənilən qərarla razılaşmağa vadar etmək olar. Digər məqsəd isə Ermənistanla Dağlıq Qarabağ arasındakı münasibətlərin pisləşməsidir.
Unutmayaq ki, Dağlıq Qarabağı bütünlüklə Ermənistan maliyyələşdirir. Şayiələrin nə dərəcədə həqiqət olduğunu demək çətindir. Axı Serj Sarkisyanın başçılıq etdiyi Ermənistanda problemlərin hətta ən yüngül formada müzakirəsi "arzuolunan" deyil", - deyə V.Ağacanyan yazıb.
Baxış sayı: 2 607
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

