APA-nın məlumatına görə, ölkə başçısı açılış nitqində Azərbaycanın təşəbbüsü ilə reallaşan iri enerji və infrastruktur layihələrindən söz açıb:
"Bakı-Tbilisi-Ceyhan kəməri tikilməsəydi, enerji dəhlizi yaranmazdı. Daha sonra Bakı-Tbilisi-Ərzurum kəməri tikildi. Bu dəhliz üzrə hazırda nəqliyyat dəhlizi yaradılır, Şərq-Qərb dəhlizi reallaşır. İnanıram ki, Şərq-Qərb nəqliyyat dəhlizi bu ilin sonuna qədər istifadəyə veriləcək. Tərəfdaşlıq mövcud reallığı yaradıb. Beynəlxalq əməkdaşlığın təşəbbüskarı biz olmuşuq.
Bizə lazım idi ki, neft-qaz kəmərləri tikilsin neft və qazımız dünya bazarlarına çıxsın. Tranzit, istehlakçı ölkələr də bunda maraqlıdırlar. İstehlakçı ölkələr alternativ mənbələrə çıxış əldə edəcək, tranzit ölkələr on illərlə gəlir əldə edəcəklər. Əgər 1990-cı illərdə üçtərəfli format yaranıbsa, bu gün bu format genişlənir.
Artıq 7 ölkə Cənub Qaz Dəhlizinin üzvüdür. Balkan ölkələri ilə də müqavilələr imzalanıb".
Prezident bildirib ki, Azərbaycan qaz hasilatını artıracaq. Azəri-Çıraq-Günəşli yataqlar blokunun dərin laylarında da ciddi qaz ehtiyatları var. Biz daha geniş coğrafiyaya çıxmaq istəyirik. Azərbaycanın Cənub Qaz Dəhlizində liderlik rolu etiraf edilir. Məşvərət Şurasının yaradılması da böyük uğurdur. Biz bütün hədəflərə çatırıq. 2015-ci ildə TANAP layihəsinin, 2 ay əvvəl TAP layihəsinin təməli qoyuldu. Biz ardıcıl bütün hədəflərə çatırıq".
Baxış sayı: 1 718
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

