FACT-INFO.AZ » İQTİSADİYYAT » Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır
20-04-2016, 11:40 | İQTİSADİYYAT
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli Sərəncamı bu istiqamətdə tədbirlərin daha da güclənməsinə şərait yaradıb. Sərəncamın icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkcə keçən il və cari ilin ötən dövründə 385 nəfər, o cümlədən 180 nəfər  Qarabağ müharibəsi əlili, 205 şəhid ailəsi müasir tələblərə cavab verən yeni mənzillərlə təmin ediliblər. 

Ümumilikdə bu vaxta qədər  Nazirliyin xətti ilə 5336 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub. 

Dövlət başçısının qeyd edilən Sərəncamına əsasən, 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub. Hazırda Sərəncamın icrası olaraq, respublikamıızn bölgələrində yeni fərdi yaşayış evlərinin, çoxmənzilli binaların tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamları bu sahədə mühüm addımların atılmasına şərait yaradıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hələ 2014-cü ildə artıq həmin ilədək növbədə dayanan bütün imtiyazlı şəxslərin avtomobillə təminatı başa çatdırılmaqla, 2014-cü il ərzində növbəyə dayananların avtomobillə təminatına başlanılıb. İndiyədək ölkəmizdə dövlət tərəfindən 5750 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobili verilib ki, onların 33,6 faizi (1933 nəfər) məhz 2014-2015-ci illərdə “Naz-LİFAN” markalı avtomobillə təmin ediliblər.  

 

Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə ilə yanaşı, Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə də təmin edilirlər. Şəhid ailələrinə də Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir. Dövlət başçısının 16 yanvar 2016-cı il tarixli Fərmanı ilə həmin təqaüdlərin məbləği cari ilin fevralın 1-dən 10 faiz artırılıb. 

Eyni zamanda Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə görə aylıq sosial müavinət də ödənilir və bu müavinətin məbləği cari il fevralın 1-dən 10 faiz artırılıb. Yaşa görə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Digər tərəfdən, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də ödənilir.

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin övladlarının təhsilinə də xüsusi diqqət və qayğı göstərilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqının 2014/2015-ci tədris ilindən etibarən Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə başlanılıb.

Ölkənin əmək qanunvericiliyində Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvləri üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb. Qeyd olunanlarla yanaşı, bu təbəqələrdən olan vətəndaşların dövlət hesabına bərpa-müalicəsinin və reabilitasiyasının təşkili, onların reabilitasiya vasitələri ilə təminatı  istiqamətində də müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2015-ci ilin sentyabrında əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi əlilliyi olan vətəndaşlara, xüsusən də ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə ən müasir tələblərə uyğun səviyyədə tibbi-sosial reabilitasiya xidmətinin göstərilməsinə şərait yaradıb. Ümumilikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində hər il 8 mindən çox əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilir ki, onlardan mühüm bir qismini  də Qarabağ müharibəsi əlilləri təşkil edir. Bununla bərabər, onların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili də təmin edilir. Təkcə 2015-ci ildə əvvəlki illə müqayisədə 64,6 faiz çox, yəni 265 nəfər xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib ki, onlardan bir hissəsi də məhz Qarabağ müharibəsi əlilləri olub.

Azərbaycanda sosial müdafiə sahəsinə daim artan dövlət qayğısı həmin insanların hərtərəfli təminatının güclənməsinə yönələn işlərin qarşıdakı dövrdə də uğurla davam etdirilməsinə əsas yaradıb.




Baxış sayı: 2 173
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30