FACT-INFO.AZ » CƏMİYYƏT » Jewish World” qəzeti: “Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü dövlət və liderdir”
16-04-2016, 22:10 | CƏMİYYƏT
Jewish World” qəzeti: “Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü dövlət və liderdir”

Amerikada çıxan “Jewish World” (“Yəhudi dünyası”) qəzetində İsraildə fəaliyyət göstərən “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qutun “Ermənistan nəyə görə İsraili Azərbaycanla savaşdırmaq istəyir?” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə deyilir: “Tənzimlənməmiş və dondurulmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar son hadisələr bir daha göstərir ki, Cənubi Qafqaz regionu sülh şəraitində yaşamaq imkanından uzaqdır”.

Müəllif daha sonra yazır: “Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı Ermənistanın hərbi provokasiyalarının nəticələrini nəzərə alaraq, təxribatın qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə sərt və qəti cavab tədbirləri görməyi qərara alıb. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini qorumaq və öz mövqelərini müdafiə etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə layiqli və sarsıdıcı zərbə endirərək onları geri çəkilməyə məcbur edib. Bugünkü Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir, bu ordu öz gücünü nümayiş etdirdi”.

Məqalə müəllifi yazır ki, bir neçə gün bundan əvvəl Ermənistan parlamentinin bir neçə deputatı İsrail hökumətinin başçısına müraciətlə Azərbaycanın Ermənistanla müharibədə İsraildə istehsal olunmuş hərbi texnikadan istifadə etməsindən şikayətlənib və Binyamin Netanyahunu Azərbaycanla hərbi əməkdaşlığa son qoymağa çağırıb. Arye Qut deyir: “24 il bundan əvvəl Azərbaycan ərazisini işğal etmiş Ermənistanın indi Azərbaycanı beynəlxalq hüquq normalarını pozmaqda günahlandırması absurddur. Ermənistanın ucbatından Azərbaycan 24 ildən çoxdur ki, təcavüzdən əziyyət çəkir. Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib. Ermənistan bu ərazilərdə etnik təmizləmə aparıb və bir milyondan çox insan oradan qovulub. Hesab edirəm ki, belə bir ölkənin parlamentariləri tərəfindən Azərbaycanın ittiham edilməsi riyakarlıq və ləyaqətsizlikdir. Erməni deputatların fikrincə, məgər bunlar insan hüquqlarının pozulması, beynəlxalq hüququn ən adi normalarının pozulması deyilmi?”.

Arye Qut İsrail-Azərbaycan münasibətlərinin perspektivi məsələsinə də toxunaraq qeyd edib ki, Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər sıx və səmimi əlaqələri yoxdur. İsrailli analitik deyir: “Heç şübhəsiz, İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. Özü də təkcə ona görə yox ki, bu ölkədə heç vaxt antisemitizm olmayıb və indi də yoxdur. Rəsmi Bakı başqa ölkələrdə antisemitizmin hər hansı təzahürlərini dəfələrlə pisləyib və yenə pisləyir.

İsrail də öz növbəsində, Azərbaycanın ərazi bütövlüyünə hörmət bəsləməsini dəfələrlə bəyan edib. İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Azərbaycanın isə kənd təsərrüfatı, hərbi sənaye və telekommunikasiya sahələrində İsraildə istehsal edilən müasir yüksək texnologilayara ehtiyacı var. Bu siyahını davam etdirmək olar. Gizli deyil ki, İsraildəki iri müdafiə şirkətləri Azərbaycanın hərbi sənayesinin təşəkkülündə və inkişafında fəal iştirak ediblər. Eyni zamanda, bu ölkələrdə təhsil, humanitar və mədəniyyət sahələrinə aid layihələr həyata keçirilir.

Ermənistan tərəfindən tənqid məsələsinə gəldikdə isə deyə bilərəm ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını özləri seçir və bu ölkələr hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini özləri müəyyən edirlər. İki dost ölkənin münasibətlərində bir sıra məsələlər barəsində qarşılıqlı maraqlar formalaşıb. Siyasi və iqtisadi müstəvidə, habelə hərbi sahədə etimada əsaslanan yaxşı strateji münasibətlər yaranıb. Ona görə də ermənilərin və Knessetdəki bəzi ermənipərəst siyasətçilərin hər hansı provokasiyası bu münasibətləri poza bilməz. Heç kəsin, ilk növbədə Ermənistanın bu münasibətlər müdaxilə etməyə haqqı yoxdur".

Arye Qutun fikrincə, uğurlu çoxvektorlu xarici siyasət yürüdən güclü və müstəqil Azərbaycandan fərqli olaraq, Ermənistan Respublikası tamamilə asılı vəziyyətdədir. Bu gün Azərbaycan öz uğurlu geosiyasi və geoiqtisadi təşəbbüsləri sayəsində regionun ən güclü dövlətinə və liderinə çevrilib, dünyanın bu strateji regionunda siyasətə, iqtisadiyyata və nəqliyyata aid heç bir məsələ Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz. Cənubi Qafqaz regionunda təcrid olunmuş Ermənistan isə Azərbaycan torpaqlarını işğal etdiyinə görə Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı ölkədir”.

Qut yazır ki, multikülturalizm və tolerantlıq baxımından Azərbaycanla Ermənistanı müqayisə etmək mümkün deyil. Bu gün Ermənistan dünyada sayı çox olmayan monoetnik dövlətlərdən biridir. Azərbaycan cəmiyyətində isə tolerantlıq və multikülturalizm həyat tərzinin həlledici əsaslarından biridir. Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələrinin vətəni olub və bu gün də belədir. Qədim Azərbaycan torpağında iudaizm və islam, atəşpərəstlik və xristianlıq dinc yanaşı mövcud olub. Bu diyar bu gün də tolerantlığa və dini dözümlülüyə meyl nümayiş etdirir. Azərbaycanın tolerantlığının parlaq nümunəsi bu ölkədə yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibətdir. Azərbaycan prezidenti İlham Əliyevin himayəsi ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi tikilib. Prezident İlham Əliyev dünyəvi dövlət, tolerantlıq ideyalarına sadiq olduğuna, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətlə yanaşdığına görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının əksər hissəsinin hörmət və ehtiramını qazanıb.(AZƏRTAC)

İsrailli ekspert Amerikada çıxan “Jewish World” qəzetində dərc olunmuş məqaləsini bu sözlərlə tamamlayır: “İsrail ilə Azərbaycan arasında, həmçinin Azərbaycanda yaşayan müsəlman və yəhudilər arasında münasibətləri təkcə qarşılıqlı maraqla izah etmək olmaz. Müasir Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və ortaq tarixə əsaslanır. İki ölkə arasında mövcud insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq əzmi bu ölkələrin hər ikisini zənginləşdirir. Bundan əlavə, aşkardır ki, Azərbaycanda yəhudilərlə müsəlmanlar həmişə dinc yanaşı yaşayıb, bu gün də qardaş kimi yaşayırlar, bu xalqların ortaq tarixi və ümumi taleyi onları həmişəlik bir-birinə bağlayıb”.




Baxış sayı: 1 948
"Xocalı harayı" kitabının təqdimat mərasimi keçirilib Bu gün, 16:30 İqlim dəyişikliyi Xəzər dənizinə təsirsiz ötüşməyib Bu gün, 14:00 Elmə və təhsilə həsr olunmuş ömür yolu Bu gün, 11:30 Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu artıb Bu gün, 11:30 "Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır" - Prezident İlham Əliyev Bu gün, 10:30 Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub Bu gün, 10:00 Tramp ABŞ silahlarının Avropa və Ukraynada istehsalına icazə verəcək Bu gün, 10:00 Prezident İlham Əliyev: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir Bu gün, 09:30 Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq Dünən, 19:00 Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib Dünən, 18:30 Participants of Coordination Headquarters meeting view intensive horticulture farms in Khojaly district Dünən, 18:00 UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub Dünən, 17:30 Xalq şairinə həsr olunan "Sözün qüdrəti” adlı virtual kitab sərgi hazırlanıb Dünən, 12:00 Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib Dünən, 11:30 Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb Dünən, 10:30 DYP piyadalara müraciət edib Dünən, 10:30 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb Dünən, 09:30 Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır Dünən, 09:00 Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər 16-06-2026, 20:00 Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir 16-06-2026, 19:30 Azerbaijan, Uzbekistan sign documents with participation of both countries’ PMs 16-06-2026, 17:00 Şuşa Bəyannaməsi Azərbaycanın və regionun təhlükəsizlik çətiridir 16-06-2026, 14:00 “Resurs” Kürdəmirdə tədbir keçirdi 16-06-2026, 14:00 Ötən həftə 1600 hektardan çox ərazi minalardan təmizlənib 16-06-2026, 12:00 Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır 16-06-2026, 11:30 Moskva danışıqlarında ticarət, energetika, təhlükəsizlik sahələrinə dair məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır 16-06-2026, 09:30 Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti 16-06-2026, 09:00 Qarabağ döyüşçüsünün Şuşa xatirələrinin davamı 16-06-2026, 08:00 Paytaxtda və 8 rayonda avtomobil yolunda təmir aparılır 15-06-2026, 19:30 Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib 15-06-2026, 18:00
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930