Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində tutduğu ədalətli mövqeyə dəstək ifadə olunub.
Aksiyada “Qarabağ Azərbaycan ərazisidir”, “İşğalçı Ermənistan, Azərbaycan torpaqlarından rədd ol!”, “İşğala son!”, “Azərbaycan torpaqlarını öz xoşunla tərk et”, “Əsgərlərimizləyik” kimi şuarlar səslənib.
Azərbaycan Avstraliya Türk Dostluq Cəmiyyətinin prezidenti İmadəddin Qasımov bildirib ki, aprelin 6-da azərbaycanlı gənclər Avstraliya parlamentinin qarşısında toplaşaraq Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana dəstəklərini bildiriblər. Bu gün keçirilən aksiya da Avstraliyada yaşayan azərbaycanlıların xalqımızla, qalib Ordumuzla birlikdə olduqlarını bir daha təsdiq etmək məqsədi daşıyır. Torpaqlarımızın erməni tapdağından azad olunması, Ordumuzun zəfər yürüşü bütün dünyada yaşayan azərbaycanlılar kimi bizi də sevindirir. İnanırıq ki, torpaqlarımız mənfur işğalçılardan tamamilə azad olunacaq.
Avstraliya Milli Universitetinin tələbələri İlkin Əliyev və Kamran Əliyev Azərbaycan Ordusunun cəbhədəki uğurlarına ürəkdən sevindiklərini bildiriblər. Bu gün azərbaycanlı olmağımızla bir daha fəxr etdik. Azərbaycandan kənarda olsaq belə, ürəyimiz həmişə Vətənimizlə döyünür. (AZƏRTAC)
Baxış sayı: 1 920
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

