Məlumatda deyilir: “Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması və insan itkiləri barədə xəbərlərdən ciddi narahatlıq bildiririk. Tərəfləri təmkinli olmağa və atəşkəs müqaviləsinə əməl etməyə çağırırıq”. Eyni zamanda, qeyd olunur ki, Qazaxıstan Dağlıq Qarabağ probleminin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərini, münaqişənin yalnız sülh yolu ilə həllinin zəruriliyi barədə Azərbaycanın mövqeyini dəstəkləyir.
Bildirilir ki, Qazaxıstan Respublikası Dağlıq Qarabağ münaqişəsinin kompromis həlli prosesinin fəallaşmasına tərəfdardır və münaqişənin həlli üçün tərəflərin konstruktiv münasibət göstərməsinə ümid edir.
Qoşunların təmas xəttində yaranan gərginliyi ölkənin yerli informasiya agentlikləri “Kazinform.kz”, “Tengrinews.kz”, “Bnews.kz” və digər portallar da işıqlandırıb. (AZƏRTAC)
Baxış sayı: 1 683
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

