Onun sözlərinə görə, tələb olunacağı təqdirdə Çexiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz rolunu oynamağa hazırdır: “Əgər xahiş olunarsa, Çex Respublikası münaqişənin həll olunmasında iştirak etməyə hazırdır. Çexiya Azərbaycan ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində maraqlıdır. Azərbaycan Çexiyanın əsas neft ixracatçısıdır. Bizsə ticarət balansını Çexiya avtomobillərini Azərbaycan bazarına təqdim etməklə yaratmaq istərdik”.
Y. Hamaçek qeyd edib ki, Çexiya Azərbaycanla iqtisadi sahədə də əməkdaşlığı yüksək səviyyəyə çatdırmaq niyyətindədir: "Lakin iqtisadi sahədə hələ də görüləsi işlər var. Azərbaycan Çexiyaya neft tədarük edən əsas ölkədir. Çexiya da öz növbəsində müxtəlif məhsulların, o cümlədən avtomobillərin, sənaye komplekslərinin Azərbaycana çatdırılmasına hazırdır. Çexiya, həmçinin Azərbaycanla dəmir yollarının tikintisi kimi sahələrdə də əməkdaşlığa hazırdır".
Baxış sayı: 1 756
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

