FACT-INFO.AZ » CƏMİYYƏT » “Sonsuz Dəhliz” Parisdə
11-03-2016, 11:15 | CƏMİYYƏT
“Sonsuz Dəhliz” Parisdə

“Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən filmin nümayişi 1992-ci il 26 fevral tarixində baş vermiş Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunub. 
 Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris ofisi və “Europa Film Akt” (EFA) təşkilatı ilə birgə əməkdaşlıq şəraitində təşkil edilib.
TEAS-dan APA-ya verilən məlumata görə, EFA hər il keçirilən “L'Europe autour de l'Europe” festivalının təşkilatçısıdır.
Festival çərçivəsində Azərbaycan kino sənətinin ən son filmlərinin mütəmadi nümayişi keçirilir.
“Tarix hər zaman mübahisə və təfsir subyekti olub, münaqişənin əsl qurbanları məhz sadə insanlardır” - deyən TEAS-ın Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin qeyd edib ki, filmin nümayişini keçirməkdə məqsəd çağdaş Azərbaycan tarixinin ən kədərli səhifələri barədə məlumatlılığı artırmaqdır. Onun sözlərinə görə, bu günün faciələri bizə dünənin faciələrini unutdurmamalıdır: “Erməni silahlı qüvvələrinin işğalı altında olan əzəli Azərbaycan torpaqlarının geri qayıtmasını 20 ildən çox səbirsizliklə gözləyən bir milyona yaxın qaçqın və məcburi köçkün azərbaycanlının problemlərini unutdurmamalıdır”.
  “Sonsuz Dəhliz” filmində yer alan şahid ifadələri, Xocalının mülki sakinlərinə qarşı törədilən vəhşiliklər haqqında bəhs edən  EFA-nın direktoru İrina Biliç qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş qanlı olaylar mövzusu çox vaxt “L'Europe autour de l'Europe” festivalında nümayiş etdirilən filmlərdə də əhatə olunur. Münaqişənin əsl səbəbini düzgün başa düşmək üçün sənətçilərin obyektiv olmasına ehtiyac var.
1992-96-cı illərdə Fransanın Azərbaycandakı ilk səfiri  olmuş Jean Perrin  Xocalı qətliamının fəsadlarını xatırladıb: “Ermənilər Xocalıda günahsız insanların kütləvi qırğınını törətməklə Azərbaycanı terrorizmə və təzyiqə məruz qoymaq məqsədini güdmüşdülər. Mən Bakıda mərkəzi xəstəxanada qırğından sağ çıxmış insanları ziyarət etdiyim günü ürək ağrısı ilə xatırlayıram. Xəstəxana yaralılarla, eyni zamanda, döyülmüş, işgəncəyə məruz qalmış, əlləri ayaqları donmuş mülki şəxslərlə dolu idi”.
 J. Perren deyib ki, Azərbaycanın mövqeyi münaqişəni sülh yolu ilə həll etməkdir. O, 1993-cü ildə Dağlıq Qarabağ ətrafındakı Füzuli və Cəbrayıl rayonlarının ermənilər tərəfindən işğalı zamanı BMT-nin nümayəndələri ilə birlikdə Füzulidə mühasirəyə düşməsindən, düşmənin BMT-nin maşınına atəş açmasından və ələ keçirdikləri kəndləri yandırmasından söz açıb.
J. Perren qeyd edib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymur.
 Litvalı hərbi jurnalist Riçard Lapaitis Xocalı faciəsi zamanı Ağdam şəhərində dəhşətlərin şahidi olduğunu vurğulayıb. O, Xocalı hadisələrindən bir həftə sonra Ağdam şəhərinə hələ də cəsədlər gətirildiyini, ermənilərin hətta cəsədləri pulla satdıqlarını diqqətə çatdırıb.
 Gətirilən cəsədlərin tibbi məhkəmə ekspertizası tərəfindən müayinə olunduğunu və onların əksəriyyətinin işgəncələrlə öldürüldüyünü, hətta diri-diri baş dərisinin çıxarıldığını, 590 mülki şəxsin ayağının amputasiya edildiyini bildirib. Hətta uşaqların belə işgəncələrə məruz qaldığını, əsirlikdə olan uşaqlara iynələr vurulduğunu, qayıtdıqdan qısa müddət sonra onların öldüyünü qeyd edib.
 Qeyd edək ki, “Sonsuz dəhliz” filmi Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də, ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.
 Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”,  TRT 1, Albaniyanın Milli Televiziyasında, İsrailin “Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib. 




Baxış sayı: 2 136
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031