FACT-INFO.AZ » CƏMİYYƏT » Qaliblər mühakimə olunmur!
14-09-2020, 07:25 | CƏMİYYƏT
Qaliblər mühakimə olunmur!

Dünyanın siyasi mənzərəsini xeyli dəyişdirən 11 sentyabr ABŞ tarixində baş verən faciə onu bir daha göstərdi ki, heç bir dövlət terrordan sığortalanmayıb. 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin binalarının terror hücumları zamanı partladılması terrora münasibəti və mübarizəni xeyli dəyişsə də erməni terrorizminə münasibəti təəssüf ki, dəyişməz olaraq qaldı. Bəlkə də erməni terrorizmi haqqında danışarkən geniş müqədiməyə ehtiyac yox idi.

Bu gün Ermənistan dövlət səviyyəsində terrorizmin yeni metodologiyasını işğal olunmuş Dağlıq Qarabağda tətbiq etməkdədir. Beləki Orta Şərqdə oturuşmuş terror şəbəkəsinin nümayəndələrini Ermənistan Qarabağa çağıraraq könüllülərdən ibarət hərbi dəstələr formalaşdırır. Həmçinin Orta Şərqdə baş verən məlum hadisələrdən sonra həmin ölkələrdə yaşayan ermənilər Ermənistanın riyakar siyasəti nəticəsində Dağlıq Qarabağda məskunlaşdırılır. Qanunsuz məskunlaşdırma siyasətinin arxasında çox məkrli planlar durur.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin qənaətincə, beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir.

Paşinyan Ermənistanın daxilində gedən ciddi çaxnaşmaları, əhalinin sosial-iqtisadi vəziyyətindən yaranan ağır durumu səngitmək, diqqəti əsas problemlərdən yayındırmaq məqsədilə müxtəlif təxribat xarakterli addımlar mütəmadi olaraq atır. İnsan resursunun, hərbi heyətin çatışmazlığını aradan qaldırmaq məqsədilə Paşinyanın xaricdən muzdlu erməni döyüşçülərinin gətirməsi haqqında məlumatlar yayılır. Təbii ki, bu siyasət Ermənistanı bataqlıqdan xilas edə bilməyəcək.

Ermənistan rəhbərliyinin daha bir ciddi hədəfi ondan ibarətdir ki, bu yolla öz tarixi torpaqlarından didərgin düşən azərbaycanlıların öz yurdlarına qayıdışı prosersini əngəlləsin. Münaqişənin ömrü uzandıqca azərbaycanlıların yaddaşından torpaq, yurd yerləri anlayışı silinsin. Ancaq hər bir Azərbaycan vətəndaşında o qədər torpaq, yurd sevgisi var ki, bunu heç bir təxribatla, məkrli planlarla unutdurmaq olmaz.

Bəzən düşünürsən ki, qonşu dövlətlərlə normal iqtisadi, mədəni əməkdaşlığa deyil, yalnız terrorizm siyasətinə meyl edən paşinyanlarla hansı sülh danışıqları aparmaq olar? Həqiqətən cəzasızlıq mühiti Ermənistanın manevr imkanlarını artırır.

Sülhdən, sabitlikdən ağızdolusu danışan dünyanın aparıcı qüvvələri nədənsə terrorizmin yeni təzahürünə göz yumur. Rusiya daxil olmaqla bəzi dövlətlər Ermənistana hərbi dəstəyini dayandırmır. Belə qeyri səmimi, riyakar gedişlə Dağlıq Qarabağ münaqişəsinin həllinə yox, onun daha çox uzanmasına dəstək olurlar.

Bütün bunların nəticəsidir ki, dünyada konfliktlərin həllində nəinki yumşalmalar hiss olunmur, əksinə təhlükəli tendensiyalar getdikcə daha da artmaqdadır. Narahatçılıq doğuran bu, proseslərin gələcəyidir. Dünyanın loyal münasibəti belə terrorizmə meylli olan ölkələrin qara siyasətlərinə yeni imkanlar yaratmaqda davam edir.

Onu da qeyd etmək istərdim ki, ermənilər hər zaman bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar. Dinc insanların kütləvi şəkildə qəddarlıqla qətlə yetirliməsi, öldürülmüş şəxslərin təhqir edilməsi insanlıq əleyhinə cinayətlərdir. Bu cinayətlərin törədilməsinə görə, birmənalı şəkildə Ermənistan dövləti məsuliyyət daşıyır və cəzalanmalıdır.

Məhz bu aspektdən çıxış edərək qeyd etmək lazımdır ki, bizim fəaliyyətimiz həm hüquqi, həm də hüquqa əsaslanan hərbi müstəvidə davam etməlidir. Uğurlu hərbi əməliyyatlar Paşinyanın məkrli manevr siyasətinə son qoyacaq.

Bütün bu məsələləri çozmək, qanunu, beynəlxalq hüququ tanımayan ermənini haqqın yoluna gətirmək, ən əsası regionda ədalətli sülhü bərpa etmək üçün qalib gəlmək lazmdır. Bütün sahələrdə qalib gəlmək zəruridir. Axı, qaliblər mühakimə olunmur!

Əkrəm Bəydəmirli




Baxış sayı: 1 963
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30