Ölkənizin ciddi imkanları, güclü potensialı var. Bu əlverişli şərait belə mötəbər tədbirlərin keçirilməsi üçün imkanlar yaradır.
Bu fikirləri dördüncü Qlobal Bakı Forumu çərçivəsində martın 8-də Bakıda keçirilən Qarşılıqlı Fəaliyyət Şurasının 33-cü plenar iclasında iştirak edən Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko jurnalistlərə müsahibəsində səsləndirib.
V.Yuşşenko forumda müzakirə olunan məsələlərin qlobal dünyada işsizlik, miqrasiya, insan alveri və digər problemlərin həllinin araşdırılmasına əhəmiyyətli töhfə verəcəyinə əminliyini vurğulayıb. Azərbaycanın siyasətindəki tarazlığın regionda uzunmüddətli sülhün və siyasi sabitliyin perspektivinə kömək göstərdiyini diqqətə çatdıran keçmiş Prezident ölkəmizin dünyada güclənən səsini əhəmiyyətli hesab edərək deyib: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin layihələri dialoq üçün çox vacibdir. Azərbaycanın Avropa ilə enerji əməkdaşlığına nail olmasını böyük uğur hesab edirəm”.
Sabiq prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolundan bəhs edərək bildirib ki, qurum çərçivəsində Avropanın müxtəlif guşələrində ən aktual məsələlərə dair müzakirələr keçirilir. “Mərkəzin işi və layihəsi mənim üçün qiymətlidir. Müzakirələr sayəsində biz formal yaxınlaşma prosesini keçirik və bunun yaxşı nəticəsi olur. Prezidentlər, keçmiş Baş nazirlər, dövlət başçıları qarşılıqlı anlaşma nümayiş etdirirlər”, - deyə V.Yuşşenko qeyd edib
Baxış sayı: 2 201
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

