Hüquqi islahatlar qarşısı alınmaz prosesdir. Hər bir dövlətin inkişafında, məsuliyyətli cəmiyyətin yaradılmasında hüquq sisteminin təkmil olması, hər kəsin qanunla yaşamaq vərdişləri əsas prinsiplərdən biridir. Heç şübhəsiz ki, qanuna hörmətsizlik, özünü qanundan üstün tutaraq sadə insanlara və dövlətçilik prinsirlərinə xor yanaşmağın aqibətini son proseslər zamanı görürük.
Bəzi icra başçılarının, müxtəlif dövlət strukturlarında çalışan vəzifə sahiblərinin həbs olunması bu prosersin davam edəcəyini və cinayət varsa cəza olacağı prinsipini bir daha təsdiqləyib. Cənab Prezidentin qeyd etdiyi kimi, hər bir məmur xalqın xidmətçisidir. Özünü xalqın xidmətçisi hiss etməyən, qanunlara və sadə insanlara sayqısız yanaşan məmurun son aqibəti göz önündədir. Bu proses bir çox məmurlara ibrət dərsi olmalıdır.
Deyəsən, kimlərəsə ibrət dərsi olmir. Son toy qalmaqalı, mövcud pandemiya şəraitində qanunları pozmaq cəhdləri bəzi şəxslərin cəzasız qalacaqları eyforiyasından, qaydalara əməl etməmək vərdişlərində qaynaqlanır. Yolunu azan, hüquqla yaşamaq vərdişləri olmayan hər kəs bilməlidir ki, cinayət, qanun pozuntusu varsa cəza olmalıdır.
Əkrəm Bəydəmirli
Baxış sayı: 1 797
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

